AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.02.2017  15:17 

Milli Məclis bələdiyyələrə aid illik məruzəni qəbul etdi





A+  A-


Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.

XəzərNews.az-ın xəbərinə görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların təklif və tənqidlərinə münasibət bildirib. O deyib ki, illik məruzə hazırlanarkən inzibati nəzarətin predmetindən kənara çıxarılmamasına çalışıblar. 

Nazir müavini bildirib ki, bütün addımlar qanun çərçivəsində atılır. Onun sözlərinə görə, təkliflər üzərində təhlillər aparılıb və bütün məsələlər diqqətlə araşdırılacaq. 

“Bu məsələlər növbəti məruzədə nəzərə alınacaq”-deyə Vlayət Zahirov bildirib. 

Nazir müavini qeyd edib ki, subvensiyalarla bağlı yeni sənədlər hazırlanarsa, bununla bağlı müəyyən işlər aparılacaq. 

Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul olunub. 

Məruzədə qeyd edilib ki, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib. 

2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb. 

 



Xəbər 1865 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +