“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


30.08.2024  12:37 

Sabirabad prokurorundan şikayət - Qonşuların yolunu zəbt etdiyi iddia edilir





A+  A-

Sabirabad rayon prokuroru Mərdəkan qəsəbəsində ümumi istifadədə olan dalanı zəbt edərək, qonşularına problem yaradıb.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenicag.az-a qarşılaşdığı vəziyyətlə bağlı şikayətində Bağırov Elqar Elmir oğlu deyib.

Şikayətçi bildirib ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi 14-55 saylı bağ sahəsində Sabirabad rayon prokuroru Pənahov Fəxrəddin Pənah oğlu öz həyətinin qapısını irəli çəkərək həm torpaq sahəsini zəbt edib, həm də dalanı bağlayıb.

“Yaranmış vəziyyətlə bağlı qapıdakı mühafizəyə müraciət etsəm də “nə istəyirsiniz edin, hara istəyirsiniz, şikayət verin” dedi”, – deyə şikayətçi bildirib.

E.Bağırov 2023-cü ilin oktyabr ayında məhkəməyə müraciət etdiyini deyib. Xəzər rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə işə baxılıb. Şikayətçi qeyd edir ki, lakin qərar hələ də çıxmayıb.

“Hətta ümumi istifadədə olan dalanı Fəxrəddin Pənahovun zəbt etməsi ilə bağlı ekspert rəyi belə verilib. Məhkəmə də, hakim də işi uzadır. Rəy Ədliyyə Nazirliyi Ekspertizasına göndərilsə də, nəticə yoxdur. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət edəcəyəm. Baş Prokurorluqdan bu problemin həllinə yardım etməsini istəyirəm ki, məsələ tezliklə öz həllini tapsın”, – deyə şikayətçi bildirib.

Şikayətçinin müraciətindən görünür ki, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun hərəkətləri qonşular arasında narazılığa səbəb olub. Əgər bir hüquq mühafizə orqanının nümayəndəsi, xüsusilə də prokuror, insanların ümumi istifadəsində olan dalanda hərəkəti məhdudlaşdıraraq, qonşulara problem yaraması doğrudursa, bu, qanunların pozulması və etik prinsiplərin ziddinə olan bir hərəkətdir. Belə bir şəxs hər şeydən əvvəl qanunlara riayət etməli və qonşuların hüquqlarını qorumaq üçün məsuliyyət daşımalıdır. Yaşayış məntəqələrində insanların gediş-gəlişinə mane olmaq yalnız qanun pozuntusu deyil, həm də qonşuluq münasibətlərinə ziyan vurur və bu, ciddi bir məsələ kimi dəyərləndirilməlidir.

Yenicag.az şikayətlə bağlı adı çəkilən şəxslərin də mövqeyini öyrənmək üçün Sabirabad rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan saytımıza bildirdilər ki, məsələ məhkəmədə araşdırılır. “Məhkəmənin qərarını gözləmədən bu məsələdən yazmaq məhkəməyə təzyiq sayıla bilər. Problem isə prokurorun şəxsi məsələsi olduğundan Sabirabad rayon prokurorluğunun buna münasibət bildirməsi doğru deyil”, – deyə bildirilib.









Xəbər 5201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +