23.10.2021 22:03
Səbr etmək
Səbr bəla və müsibətlər zamanı iztirab çəkməməkdir. Bunun əksi qəmginlik və məyus olmaqdır. Bunlar bəla yetişdikdə ah demək, dərindən ağlamaq, paltarı yırtmaq, üzü cırmaqlamaq, saçları yolmaq, üz-gözü turşutmaq və bu kimi nəfsin zəifliyindən irəli gələn əməllərlə (insan öz-özünə) əziyyət verməkdir.
Səbr etməyin bir neçə növü vardır. (Nəsrəddin Tusi səbri üç qismə bölmüşdür: adi insanların səbri, zahid və abidlərin səbri və ariflərin səbri).
Bunlar:
1. Müharibədə və döyüşdə səbr etmək. Belə səbr şücaət adlandırılır.
2. Qəzəblənən zaman səbr etmək. Belə səbr həlimlik adlandırılır.
3. İtaətin məşəqqətinə səbr etmək.
4. Şəhvət yaradan əməllərə qarşı səbr etmək.
Bir çox fəzilətli əxlaqi dəyərlər səbr etməkdən irəli gəlir. Səbr etməyin dərəcəsi yüksəkdir. Allah bir çox yaxşı əməlləri səbr etməyə bağlamış və Cənnətin çoxlu dərəcələrini səbr edənlərə vədə vermişdir. ("Usulul-kafi" c.2, səh.73, hədis 7)
Qurani-Kərim 70-dən çox ayədə səbr etməkdən, səbr edənlərdən, onların sifətlərindən, onları Allah tərəfindən Allahın salavatı, rəhməti və hidayətinin məzhəri adlandırması və səbrlərin müqabilində böyük əcr və savab müjdəsi verdiyindən söhbət açmışdır.
Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurub:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
Yəni:
Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!* Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." ("Bəqərə" 153-154)
وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
"...dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə" 177)
قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” ("Bəqərə" 249)
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır). ("Ali-İmran" 17)
وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا ۗ وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ
Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər". ("Ali-İmran" 146)
إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَيْرِ حِسَابٍ
Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!” ("Zumər" 10)
Qurani-Kərimdə bərabər rəvayətlərdə də səbrin fəzilətləri haqda söhbət açılmışdır.
İmam Sadiqdən (ə) nəql edilən rəvayətlərdə buyurulur:
"Səbrin imana nisbətdə mövqeyi sanki başın bədənə mövqeyi kimidir. Baş aradan getdikdə cəsəd də aradan gedər. Həmçinin, səbr aradan getdikdə iman da aradan gedər" ("Usulul-kafi" c.2, səh.71, hədis 2)
Səbrin məqamlarına yetişmək üçün bir neçə əmələ riayət etmək lazımdır:
1. Müsibətli zamanın ömrü qısa və az olar, tez bir zamanda isə aradan gedər.
2. Dünyada bəlanın fəziləti haqda söhbət açan hədislər haqda düşünməli və dərindən fikirləşmək lazımdır. Bilmək lazımdır ki, hər bir bəlanın müqabilində səbrin dərəcəsi artar, günahlar bağışlanar və bəlaya düçar olmadan xeyir əldə etmək olmaz.
3. Səbr etməyənə diqqət yetirməlidir. O, öz səbrsizliyindən nə əldə etmişdir. Qəzavu-qədəri bu idisə istər səbr etsin, istərsə yox?! Qəzavu-qədəri səbrsizliklə, iztirabla və ya paltarı cırmaqla dəyişmək mümkün deyildir. Bunlar yalnız ona bəla müqabilində veriləcək savabları aradan aparar və vüqarını alçaldır.
4. Ondan daha əzəmətli bəlaya düçar olanlar haqda düşünün.
5. Bəla və müsibətlər fəzilət və səadətə işarədir. Allaha yaxın olan kimsələr daha çox bəlalara düçar olur. " Allahın həqiqi bəndəsi yalnız bəlaları artan kimsələrdir" ("Biharul-Ənvar" c.96, səh.28)
6. Adəm övladı müsibətlərin təcrübəsilə kamilləşir.
7. Bilməlidir ki, bütün müsibətlər Allahdandır, o Allahın yaratdığı varlıqların ən sevimlisidir və Allah yalnız onun xeyrini və yaxşılığını istəyir.
8. Allaha yaxın olmuş insanların əhvalını, onların bəlalarını, müsibətlərini və bunların müqabilində səbr etmələrini araşdırmalıdır. Bu zaman səbr etməyə rəğbət artar və nəfsini bunun üçün hazırlaşdırar.
Bil ki, səbr etməkdə məqsəd mövzunun əvvəlində qeyd etdiklərimdir. Lakin ürək ağrısı və göz yaşı axmaq bəşər övladının səbr həddini aşmamaq üçün ona verilən bir duyğudur. Çünki xəstə iynə vurdurmağa, dərman içməyə və cərrahiyyə əməliyyatı olunmağa razı olsa belə ağrı hiss edəcəkdir.
XezerNews.az
Xəbər 2825 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|