“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


02.03.2021  10:04 

Ocağınıza nur çilənsin!





A+  A-

Xalqımızın məişətində dərin kök salmış Novruz bayramını müxtəlif vaxtlarda gözdən salmağa çalışsalar da bu bayram nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çatmışdır.
Dini xurafat uzun müddət bu bayramı unutdurmaq istəsə də, buna müvəffəq olmamışdır. Müəyyən zamanlarda Novruzu hətta dinin tarixi ilə əlaqələndirməyə çalışsalar da, bunun qurama olduğu aydın şəkildə görünmüşdü. Bildiyimiz kimi, müsəlman bayramları qəməri təqviminə əsasən keçirilir. Novruz isə sabit şəkildə ancaq və ancaq yazın birinci günü qarşılanır. Novruz bayramını atəşpərəstliyə bağlamaq cəhdləri də var. Bu bayramla əlaqəli mərasimlərdə günəşlə, odla bağlı ünsürlər çox olsa da, Novruzun zərdüştilikdən qədim olduğu onun əsas ayinlərindən, adət-ənənələrindən aydın şəkildə görünməkdədir. Lakin buna baxmayaraq, Novruz bayramından öz məqsədlərinə uyğun şəkildə istifadəyə çalışmışlar.
Keçmişdə yeni anadan olmuş uşağı ocağın-odun başına dolandırmaqla paklayarmışlar. Uşaq paklandıqdan sonra onu ananın qucağına verərmişlər. Bu qayda ilə paklanmamış uşaq murdar hesab edilər, ana onu qucağına ala bilməzmiş, rahat olmazmış. Bu inamın izi «Çevir ocağa, al qucağa» kimi atalar sözündə hələ də yaşamaqdadır.
Bildiyimiz kimi, Zərdüştiliyə görə od müqəddəs hedab olunur. Buna görə, atəşgədələr ona sitayiş edir, «başına dönür», ətrafında fırlanırdılar. «Çevir ocağa, al qucağa» atalar sözü də elə odun müqəddəsliyinə olan inamın hökm şəklinə düşmüş ifadəsidir. Ancaq Novruz bayramındakı mərasimlərdə insanlar tonqalların üstündən tullanır, ağırlığı-uğurluğu, azar-bezarı onun üstünə tökürdülər. Bununla da odun hər şeyi yandırıb məhv etmək qüdrətinə malik olduğuna inanardılar. Zərdüştilikdə isə od müqəddəsdir. Onun üstündən tullanmaz, azar-bezarı üstünə tökməzlər. Novruzda icra olunan tonqal üstündən tullanma mərasimi göstərir ki, onun tarixi atəşpərəstlikdən də qədimdir. O dövrdə hələ od müqəddəsləşdirilib məbud dərəcəsinə qaldırılmamışdı.
Qışın son ayının dörd yeddigünlük çilləyə bölünməsi təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür – su, od, hava, torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində bu ünsürlərdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması yeni keyfiyyət kəsb etməsi ilə də ümumilikdə təbiət oyanır, qış sona çatır, yaz başlanır. Hər ünsürün adı ilə bağlı olan çərşənbələrin hamısında evlərin həyətlərində tonqallar qalanar, hamı odun üstündən tullanaraq «ağırlığım-uğurluğum», «azarım-bezarım tökül bu odun üstünə» deyər.
Azərbaycanın müxtəlif bölgələrində od çərşənbəsi «ikinci çərşənbə», «xəbərçi çərşənbə», «üskü çərşənbə» kimi də adlanır. Mifoloji rəvayətlər də göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə onunla bağlı inanclar, mərasimlər yaratmışlar. İnsanlar oda hər zaman ehtiyac duymuşlar. Heç də təsadüfi deyil ki, odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub. Geniş Türk coğrafiyasında qeyd olunan Novruz mərasimlərinin hamısında odla bağlı mərasimlər var. Od Novruzun əsas atributlarından biridir. Odla bağlı müxtəlif inanclar var:
Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır.
Ocağın külü titrəyəndə «od xeyirə oynayır» deyərlər.
Ocağı dağıdan xeyir tapmaz.
Ocaq yeri qibləyə olan evə uğur gələr.
Ocaq dağıdanın ocağı dağılar.
Od çərşənbəsində ocağı boş qoymazlar.
Ocaq söndürənin günahı çoxdur.
Od hisli olarsa uzaqdan qonaq gələcək.
Oda inamın nəticəsidir ki, folklorumuzda odla bağlı müxtəlif janrlı nümunələr var. Bu mövzuda çoxlu sayda atalar sözü yaranıb:
Od qalar köz olar, qız qalar – söz olar.
Odsuz ocaq olmaz.
Oda pənah aparanın ocağı sönməz.
Odla oynamaq olmaz.
Odu söndürüb külü ilə oynamazlar.
Odla oynayan odsuz qalar.
Od ilə pambığın nə dostluğu?

Odla bağlı alqışlar:
Ocağın odlu, qazanın qaynar olsun.
Ocağına nur çilənsin
Ağrın, acın odda yansın.
Ocağın bərəkətli olsun
Ocağın sönməsin.

Od ilə bağlı andlarımız da var:
Od haqqı!
Gün haqqı!
Çıraq haqqı!
İşığa and olsun!

Odla bağlı müxtəlif tapmacalarımız da az deyil:
Qırmızı nar
Hər evdə var.

Bir balaca nar daşı
Götürəmməz min kişi.

Bir qızıl öküzüm var
Harda yatsa ot bitməz.
Xalqımız çətin və şərəfli yol keçərək günümüzə qədər gələn Novruz bayramını, onunla bağlı olan çərşənbə axşamlarını da yüksək ovqatla keçirir. Od çərşənbəsində də süfrələr açılır, bura müxtəlif şirniyyatlar, quru meyvələr düzülür. Bütün çərşənbələrdə isə süfrənin şahı plovdur. Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, «çərşənbən mübarək» deyər, “ağrın-acın odda yansın” söyləyərlər. Həyətlərdə tonqallar qalanar.
Od çərşənbəniz mübarək! Ocağınız bərəkətli olsun!


Xəyalə Ağayeva – Orucqızı

filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbər 3063 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +