“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


03.08.2018  18:11 

“Miryusiflə Novruzu başqası öldürüb” - Ən səs-küylü CİNAYƏT





A+  A-

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi iddia olunur.
XəzərNews.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı Novruz Hüseynovun qardaşı Azər Hüseynovlaəlaqə saxlayıb.

O bildirib ki, Novruzun Miryusifi öldürməsi iddiası absurddur:

“Miryusif mənim qardaşım kimidir. Ailəmizdə bir neçə dəfə qonaq olub. Novruzun ən istəkli dostu idi. Şayiələrin hamısı yalandır”.

Azər Hüseynov hadisənin necə baş verməsindən də danışıb:

“Mən Ağdamın Quzanlı qəsəbəsində yaşayıram, Novruz isə valideynlərimlə Ağcabədinin Hacıbədəlli kəndində yaşayır. Novruz özünə maşın alıb, maşını Miryusif sürərək evə gətirib. Hadisə bir gün içində olub.

Gündüz saat 16:00-da atamgilə gəliblər, səhərə yaxın saat 05:00-da evdən çıxıblar. Evdə heç kimə harasa gedəcəklərini deməyiblər, qəfil gediblər. Qardaşım sərbəst olsun deyə, ev geyimində çıxıb. Yəni, xüsusi hazırlaşıb getməyiblər.

Belə fikirləşirəm ki, onları kimsə çağırıb, evdən çıxarıb. Cinayəti başqaları törədib. İstəyirik ki, açığa çıxsın. Düşmənimiz kimdir, biz də bilək”.

Azər “Evdən kimsə çağırıbsa, bu, ancaq telefonla vasitəsilə ola bilərdi. Telefonunda bununla bağlı fakt var” sualına isə belə cavab verib:

“Hazırda istintaq gedir və araşdırırlar. Bizə doğru-düzgün məlumat verilmir. Deyirlər ki, tapmışıq”.

O, Novruzun son günlər özünü aqressiv aparması ilə bağlı iddiaları isə sərt qarşılayıb:

“Yalan məlumatdır. Onu deyən kimdirsə, bu işdə onun əli var. Qardaş mənimdir. Elə bir şey yoxdur”.

Azər digər “Dostların arasındakı ədavət hansısa xanıma görə yaranıb” iddiasını da rədd edib:

“Miryusifgil Bakıda yaşayırlar. Tərbiyəli ailənin üzvüdür. Bir il idi evlənmişdi. Yaxın aylarda övladı olacaqmış. Novruz isə həyatında heç kim olmayan subay adam idi. Bu, qeyri-mümkün bir şeydir”.

Azər Hüseynov söyləyib ki, Novruzun Miryusifi qonaq çağırıb öldürməsi ağılsızlıq olardı:

“Əgər Miryusifi qardaşım öldürübsə, niyə maşın alıb və təklif edib ki, Miryusif sürsün? Onu öz evində qonaq edib, niyə öldürürdü? Bunların ədavəti var idisə, bunu başqa günə sala bilməzdi? Bunu hansı ağılsız edər?”.

Azər bildirib ki, Miryusifin ailəsindən onlara qarşı təzyiq yoxdur:

“Birinci gün ağsaqqallarımız Miryusifgilə baş çəkib. Ancaq indi başımız öz yasımıza qarışıb. Amma evdə məsləhət olundu ki, sabah onlara gedək. Miryusifə dəyən zərbə sanki mənə dəyib. Mənim qardaşım da ölüb, amma Miryusifin ölümü bizə lap təsir edir”.

Xəbər 1557 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +