“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


26.10.2022  22:18 

BU XALQA HEÇMİ YAZIĞINIZ GƏLMİR?





A+  A-

AMEA-nın yeni prezidenti keçən sabiq vitse-prezident, hazırkı deputat, Ədəbiyyat İnstitutunun direktoru və xırdalı-yekəli digər vəzifələrin sahibi İsa Həbibbəyli deyib ki, "qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək və dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur".

Sinxron olaraq bir neçə vəzifənin "layiqincə öhdəsindən gələn" akademik-deputat vurğulayıb ki, "dövlətin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirməyə və dünya elminin nailiyyətlərini ölkəmizə gətirməyə çalışacağıq".

Müqtədir İsa Həbibbəyli, siz indiyədək AMEA-nın vitse-prezidenti, direktor və digər vəzifələr tutuduğunuz vaxtlarda məgər dövlət Azərbaycan elminin inkişafına dəstək vermirdi?

Dövlətin dəstəyi deyəndə nəyi başa düşürsünüz?

Dövlətin akademiyaya ayırdığı milyonlar, dürlü-dürlü qrantlar, pullar itdimi, batdımı, yoxsa o pulların Azərbaycan elminin inkişafına dəxli yox idi, hə?

Məntiqin başa düşmədiyi belə tərənnümlərlə siz – elmin inkişafı bir yana qalsın – vicdanlı alimləri demotivasiya eddiyinizin, vətəndaşların mənəvi məhvinə fərman verdiyinizin fərqindəsinizmi?

Niyə bu xalqa qarşı bu qədər acımasızsınız?

Mən bilmirəmsə, siz deyin, möhtərəm akademik! Elmə dövlət dəstəyi axı necə olur?

Yəni dövlət elmin inkişafına pul ayırır, akademşəbəkə o pulu qoyur cibinə?

Bir qütbdə çörəyə, dərmana möhrtac dürüst elm adamları, digər qürtbdə dövlətin ayırdığını yeyib, xalqın dərisini soyan və harınlayan akademşəbəkə üzvlərimi?

Əgər bunları da nəzərdə tutmursunuzsa, bəs onda dövlət dəstəyi deyəndə nəyi nəzərdə tutursunuz?

Axı sizin də şahidlik etdiyiniz bu illərdə dövlət akademiyaya milyonlar ayırmaqla öz dəstəyini verib. Hanı o pullar?

Açıq deyin, bilək də. Məsələn, necə olur ki, mən ləyaqətli bir vətəndaş kimi elmi məhsuldarlıqda siz İsa Həbibbəylidən irəlidə olduğum halda (bu yerdə təvazökarlıq etmək sadəliyi pozur), ağır məişət şəraiti bir tərəfə qalsın, bir kurs müalicə olunmaq üçün dava-dərman almağa maddi imkanım olmur, siz isə yağ-bal içində üzür, pula pul demirsiniz?

Mənim durumumda olan bu xalqa heçmi yazığınız gəlmir?

P.S. Pşemislav Cavanşir təklifinizi qəbul edib Bakıya gəldi, ya gəlmədi? Vallah, öz işlərini görüb ölkələrinə fayda verən Polşa vətəndaşları Pşemislav və ya Martini səfirlərimizi səfərbər edərək qonaqlıq məclisi üçün bir-iki günlüyə Bakıya gətirmək dünya elminin nailiyyətlərini ölkəmizə gətirmək deyil. Bunlar tamam başqa-başqa şeylərdir. Pşemislavdan qat-qat namuslu övladlarımız isə elə buradaca– doğma Vətənlərində gözününzün qabağında və məhz sizin fəaliyyətiniz nəticəsində Əzraillə can çəkişir. Bu nə gözə kül üfürmə, bu nə təzaddır?

Bu barədə daha müfəssəl izah vermək ümidilə...

İdris Abbasov
Professor


Xəbər 1109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +