Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


15.04.2022  10:36 

Nazir Zahir Əmənov məsələsini nəzarətə götürdü - VİDEO





A+  A-

Daxili İşlər naziri Vilayət Eyvazov saxlanılan jurnalist Zahir Əmənovun məsələsini diqqətə götürüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Xural TV-nin rəhbəri Əvəz Zeynallı məlumat verib.

O qeyd edib ki, bu gün səhər DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev zəng vurub və onların müraciətini nazirin diqqətə çatdırdığını deyib.

"Nazir əlindən gələn köməyi edəcək" , - deyə E. Hacıyev vurğulayıb.

Daha ətraflı videoda:



Xatırladaq ki, dünən bir qrup jurnalist həm sosial şəbəkə üzərindən, həm də şəxsən V. Eyvazova Z. Əmənovun məsələsini diqqətə götürməyi xahiş etmişdi.

Əlavə edək ki, "cenub.az" xəbər portalının rəhbəri Z. Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.


Xəbər 1757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +