Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


31.01.2022  18:03 

Deputatın ailəsinə məxsus 5,6 milyon funt-sterlinq müsadirə olunub





A+  A-

İngiltərədə Azərbaycandan oğurlanan pullar müsadirə edilir...

Bu gün Londonun Westminster Magistrates Məhkəməsinin hakimi Regents Parkına baxan malikanəsi olan bir ailədən üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun "çirkli pul" olması səbəbilə onların bank hesablarında depozitdə olan 5,6 milyon funt sterlinqi Britaniyanı Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib.

Müsadirə olunan vəsait Azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.

Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşlr Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, Regents Parkının yanındakı Cumberland Terrace-də ailəsinin çox milyon funtluq sterlinq dəyərində olan evinin də pulunu ordan ödəyib.

Lakin Westminster Magistrates Məhkəməsinin rayon hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur.

Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.

Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub.

Qubad Ibadoğlu

Xəbər 1437 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +