“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


26.07.2020  16:10 

Bu obyektlərdə reyd keçirildi





A+  A-

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 25 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Qold”, “Yaşar”, “24 saat”, “Pirəsura”, “Nur”, “Ata bala”, “Halal” marketlər, Seyidov Rəşad Rövşən oğluna, Quliyev Rəhman Surxay oğluna, Qasımov Tamerlan Süleyman oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Şabran rayonunda İsmayılova Zöhrə Əmirağa qızına, Şahkərəmova Məlahət Hüseyağa qızına, Cavadov Ramiz Abbasxan oğluna, Həsənov Nizami Həsən oğluna məxsus kafelər

Göyçay rayonunda “Mansard”, “VİP club” kafelər, Həsənov Anar İntizam oğluna, Əsgərov Elçin Elşad oğluna, Məhərrəmov Natiq Aydın oğluna, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafelər, Vəliyev Fazil Tahir oğluna, Abışov Fərid Asif oğluna, Adıgözəlov Şahin İsrayil oğluna, Vəlixanov Azad Feyzulla oğluna məxsus ət satışı mağazaları

Ağsu rayonunda Lətifov Miri Lətif oğluna məxsus kafe

Şamaxı rayonunda “Anar”, “Şamaxı”, “Savalan”, “Sərin sahil”, “Bənövşə” restoranları, “Qaya”, “Göylər” kafelər, “Novruz” və “Cənnət məkan” yeməkxanaları

Neftçala rayonunda Əsədov Şahin Habil oğluna məxsus market, Məmmədov Rauf Nazim oğluna məxsus kafe

Salyan rayonunda Nəcəfov Yolçu Qurban oğluna məxsus ərzaq mağazası

Şirvan şəhərində Mütəllimov Əsgər Əsgər oğluna məxsus kafe, Əliyev Xəyal Atabala oğluna və Ağayev Elşən Zülfi oğluna məxsus marketlər

Sabirabad rayonunda Həşimov Mirasim Mirvəli oğluna məxsus ərzaq mağazası

Mingəçevir şəhərində “Ömər”, “Yusif”, “Fərhad” marketlər, Qasımov Azər Şahid oğluna, Məlikov Nizami Feruz oğluna, Əliyeva Xatirə Muxan qızına, Mürşüdova Sevinc Əşrəf qızına, Fərruxov Ramin İdris oğluna məxsus ərzaq mağazaları

Lənkəran şəhərində Axundov İlqar Əlişirvan oğluna, Abbasov Seymur Mehman oğluna, Əbilov İslam Ağakişi oğluna, Kazımov Malik Abbas oğluna məxsus ət satışı mağazaları, “Araz” və “Nicat” kafelər

Gəncə şəhərində “Davud”, “Ozan”, “Füruzə”, “Xanımın dükkanı” marketlər

Tovuz rayonunda “Bahar”, “Su səsi”, “Anar” kafelər, “Sədaqət”, “Tayfun”, “Yaşıl” və “Yaşar” marketlər

Gədəbəy rayonunda “Dönər evi”, “Şəhzadə”, “Qaya” kafelər, “Dadaş”, “Gədəbəy”, “Saratovka” ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Xəbər 1555 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +