“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.07.2020  11:54 

Neft Daşlarında dalğanın hündürlüyü 5.3 metrə çatıb





A+  A-

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda faktiki hava ilə bağlı açıqlama yayıb.
XəzərNews.az-ın məlumatına görə, iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub.

Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb. Düşən yağışın miqdarı Daşkəsəndə 40 mm (aylıq normanın 68 faizi), Şahdağda 22 mm, Gədəbəydə 19 mm, Sarıbaş (Şəki), Xınalıqda 15 mm, Qrızda 14 mm, Qusarda 13 mm (aylıq normanın 44 faizi), Tovuzda 13 mm (aylıq normanın 41 faizi), Balakəndə 10 mm, Xaçmaz, Qubada 9 mm, Gəncədə 8 mm (aylıq normanın 34 faizi), Şəmkirdə 8 mm (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8 mm, Mingəçevirdə 7 mm (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5 mm, Şəkidə 4 mm, Zaqatalada 3 mm, Şamaxıda 2 mm, Naftalan, Şabran, Xaltanda 1 mm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Gəncə, Naftalanda 30 m/s, Ələtdə 24 m/s, Bərdə, Daşkəsəndə 23 m/s, Nabran, Xaçmaz, Tərtər, Ağdamda 20 m/s, Mingəçevirdə 19 m/s, Şəmkirdə 17 m/s, Şabran, Qubada 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadasında 15-20 m/s, arabir 25-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.3 metrə çatıb.

Xəbər 1624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +