“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


19.07.2020  09:43 

Koronavirusdan sağalan bu şəxslər qan plazması verə bilərlər





A+  A-

Yeni növ koronavirus (COVID-19) infeksiyasının müalicə tədbirləri müxtəlifdir və hər gün yenilənir. Əsas müalicə prinsipləri COVID-19 əleyhinə istifadə olunan dərman preparatları və virusun törətdiyi fəsadların aradan qaldırılmasıdır. Əgər xəstəliyin ilk dövrlərində müalicənin əsas yükü infeksionistlərin üzərinə düşürsə, sonradan digər orqanlarda yaranan problemlər bir sıra tibb mütəxəssislərini, xüsusilə pulmonoloq, nefroloq, reanimatoloqları bu işə qoşur.Təbii ki, bəzi xəstələr, əsasən də yaşlılar, yanaşı xəstəliyi olanlar COVID-19-u çox ağır keçirirlər. Onların müalicəsində alternativ üsullar tətbiq olunmalıdır. Bunlardan biri də immun plazma müalicəsidir. İmmun plazma xəstəliyi keçirənlərin qanında əmələ gələn anticisimlərdən ibarətdir. Həmin anticisimlərdən istifadə olunaraq plazma xəstələrə köçürülür. Bu, çox effektiv müalicədir və xəstələrdə çox ciddi müsbət nəticələr verə bilər. Həmin nəticələri reanimatoloqlar da izləyə bilirlər.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, plazmanı verənlərin sayı azdır. Həmin insanların sayı nə qədər çox olarsa, bir o qədər çox xəstəyə kömək etmək mümkündür: “Koronavirusu keçirən insanların qanında 28 gün ərzində anticismlər əmələ gəlir. Məhz bu dövrdə plazmanı almaq lazımdır. Burada müxtəlif yaş qruplarının da rolu var. Bu, əsasən 18-60 yaşarası qrupları əhatə edir. Əsasən kişi cinsinin nümayəndələrinə üstünlük verilir. Hamiləlik keçirməyən qadınlardan da plazma alına bilər. Çünki qadınlar nə qədər çox hamiləlik keçirirsə, qanlarında bir o qədər başqa anticisimlər də əmələ gəlir. Plazma verənlər sağlam insanlar olmalıdır. Təbii ki, mərkəz tərəfindən həmin şəxslər müayinə olunurlar. Plazma alındıqdan sonra çox ağır vəziyyətdə olan xəstələrə, xüsusən yanaşı xəstəliyi olanlara, süni tənəffüs cihazına qoşulan insanlara tətbiq olunur”.

V. Hüseynov bildirib ki, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə immun plazmamın tətbiqi barədə fikir mübadiləsi aparılıb: "Bu gün immun plazma müalicəsi nəinki kritik-ağır xəstələrə, hətta ümumi vəziyyəti orta-ağır olan xəstələrə də tətbiq olunmağa başlanılıb. Bu, çox yaxşı nəticələr verir. Xəstələrin ağırlaşmasının qarşısını alır. Ümumiyyətlə, xəstələrin ağırlaşmasının ən böyük səbəblərindən biri immun sisteminin virusa cavabıdır. Bu zaman insanların orqanizmi müxtəlif cür reaksiya verir. Ən böyük ağırlaşma ağciyər toxumasında olan dəyişikliklərdir. Biz bunu kompüter tomoqrafiya müayinəsi zamanı "buzlu şüşə" kimi görürük. Bura ikincili bakterial infeksiyalar da qoşulur. Həmin infeksiyalar ağciyərdə qeydə alınan dəyişiklikləri ağırlaşdırır və digər orqanları zədələyir. Xəstələrdə multiorqan yetməzliyi yaranır. Digər böyük ağırlaşmalardan biri trombozlardır.

Trombotik hadisələr xəstələrin ölümünə gətirib çıxarır. Bu vəziyyətdə olan xəstələrə də heç bir müalicə tədbirləri təsir etmir. Ona görə də bizim hədəfimiz indiyədək virus əleyhinə olan və standart protokolların təsir etmədiyi xəstə qrupu idi. Həmin xəstələrə daha çox ağır vəziyyətdə, intubasiya olunmuş, ağciyər və digər müvafiq orqanların göstəricilərində dəyişiklik olduğu zaman immun plazma tətbiq olunurdu. Təxminən iki ay müddətində buna nəzarət edildi. Bizim mütəxəssislər, reanimotoloqlar həmin xəstələri təqib etdilər. Belə nəticəyə gəldik ki, xəstələrin təxminən 40-50 faizində müsbət nəticə ala bilirik. Ancaq xəstələrin yarısında müsbət nəticəni görsək də, ikincili yanaşı xəstəliklərinin ağır getməsi imkan vermirdi ki, xəstə tam yaxşılaşa bilsin. Onların arasında itirdiklərimiz də olurdu. Ona görə də biz artıq beynəlxalq standartlara əsaslanaraq və mütəxəssislərlə məsləhətləşərək düşünürük ki, daha erkən, xəstə intubasiya edilməmiş mərhələdə ona immun plazmanı tətbiq edək".

Xəbər 2135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +