Pensiyalarla bağlı vacib məsələ - Niyə tam ödənilmir?
Polisdən ƏMƏLİYYAT: Kiberdələduz saxlanıldı
Sürücülərin nəzərinə!
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat


22.09.2017  21:06 

“Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur”





A+  A-

“BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun 22 sentyabrda ATƏT-in Minsk Qrupunun həmsədrləri, 23 sentyabrda isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü nəzərə tutulub.
Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya Prezidentlərin mümkün görüşü və Minsk Qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir.

Bu əsassız iddiası ilə E.Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” və ya yalnız “tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır”.

Bunu XəzərNews.az-a açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E. Nalbandyanın açıqlaması ilə əlaqədar bildirib.

O qeyd edib ki, gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyil.

"ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistan xarici işlər naziri E. Nalbandyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır.

E. Nalbandyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hal-hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaq". - deyə H. Hacıyev bildirib.

Xəbər 1055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.01.2025  09:50 

Sürücülərin nəzərinə!

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +