Pensiyalarla bağlı vacib məsələ - Niyə tam ödənilmir?
Polisdən ƏMƏLİYYAT: Kiberdələduz saxlanıldı
Sürücülərin nəzərinə!
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat


21.09.2017  14:05 

İqtisad Universitetinin rəhbərliyinə cinayət işi açıldı - Rəsmi





A+  A-

Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılması aşkarlanıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Şəmsəddin Hacıyev 2004-cü ildən 2014-cü ilədək sözügedən universitetə rəhbərlik edib və hadisə də həmin illərdə baş verib.

O, hazırda Milli Məclisin deputatıdır.



Xəbər 1073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.01.2025  09:50 

Sürücülərin nəzərinə!

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +