Pensiyalarla bağlı vacib məsələ - Niyə tam ödənilmir?
Polisdən ƏMƏLİYYAT: Kiberdələduz saxlanıldı
Sürücülərin nəzərinə!
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat


21.09.2017  12:36 

Prezident o qanun dəyişikliyinə etiraz etdi - Geri qaytardı





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin bu il iyunun 13-də qəbul etdiyi “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliyə etiraz edib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, etiraz barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən - sentyabrın 20-də keçirilmiş iclasında məlumat verilib.

Etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.2-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları) daxildir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də iclasında komitə üzvləri Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı haqqında məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, bu qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov açıqlamasında deyib ki, Məhkəmə-Hüquq Şurasının Aparatı məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil, ona görə də dövlət başçısının etiraz doğrudur: “Məhkəmə-Hüquq Şurasının Aparatı ali kateqoriyalı dövlət qulluqçuları sırasına daxil edilmişdi. Amma Konstitusiyaya və “Məhkəmə-Hüquq Şurası haqqında” qanununa görə Məhkəmə Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Həmin orqan məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil. Biz bunu ali kateqariyalı dövlət qulluqçuları sırasına daxil etməklə, səhvə yol vermişdik. Prezident İlham Əliyev də həmin qanunu imzaladı və geri qaytardı. Bu da tam doğru addımdır”.

Xəbər 955 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.01.2025  09:50 

Sürücülərin nəzərinə!

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +