Pensiyalarla bağlı vacib məsələ - Niyə tam ödənilmir?
Polisdən ƏMƏLİYYAT: Kiberdələduz saxlanıldı
Sürücülərin nəzərinə!
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat


07.08.2017  20:46 

“Astan Şahverdiyev deputat mandatını itirəcək” - Sədrdən sərt açıqlama





A+  A-

Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevə görə toplanacaq.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib.

Deputat bildirib ki, Astan Şahverdiyev səsləndirdiyi fikirlərlə bir neçə dəfə qalmaqal yaradıb: “Ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb”.

A.Abıyev deyib ki, İntizam komissiyası deputatlar işə qayıdan kimi bu məsələ ilə bağlı toplanacaq: “Hazırda deputatlar tətildədir. Bizim komissiyanın 7 üzvü var. Sentyabrda komissiya üzvləri bir araya gələcək və bu məsələyə baxılacaq. Nə lazımdırsa, o da olacaq.

Sentyabra kimi cənab Prezident İlham Əliyev “Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunu təsdiq edərsə, İntizam Komissiyası onu deputatlıq mandatından da məhrum edə bilər. Komissiya bu məsələyə baxdıqdan sonra görsə ki, Astan Şahverdiyevin bu çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, Şahverdiyev deputat mandatını itirəcək”.

Qeyd edək ki, Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.

O “Saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.

Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.

Məhkəmənin qərarı ilə Nail Allahverdiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xəbər 1361 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.01.2025  09:50 

Sürücülərin nəzərinə!

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +