Pensiyalarla bağlı vacib məsələ - Niyə tam ödənilmir?
Polisdən ƏMƏLİYYAT: Kiberdələduz saxlanıldı
Sürücülərin nəzərinə!
Hərbçimiz odlu silahdan açılan atəşdən öldü
212 nömrəli məktəbdə nə BAŞ VERİB?
Azərbaycana təhqir edən molla: “Qorxmuram”
Jurnalist Xəzər.TV-ni tənqid etdi
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
Ruslar Donetskə aviazərbələr endirdi
“Elə ixtisaslar var ki, ölkəmizdə tanınmır“ - Deputat


07.08.2017  10:37 

Azərbaycanda qəsdən törədilən yanğınların sayı 4 dəfə artıb





A+  A-

Azərbaycanda yanğınların baş verməsi halları azalıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, 2000-ci ildə Azərbaycanda 2 525, 2016-cı ildə isə 2 194 yanğın baş verib.

Məlumatlardan aydın olur ki, son 16 il ərzində Azərbaycanda qəsdən törədilən yanğınların sayı 4 dəfə artıb. 2000-ci ildə Azərbaycanda qəsdən 51 yanğın tərədildiyi halda, 2010-cu ildə bu rəqəm 199, 2011-ci ildə 155, 2012-ci ildə 136, 2013-cü ildə 158, 2014-cü ildə 210, 2015-ci ildə 232, 2016-cı ildə 228 olub.

Ümumilikdə, Azərbaycanda yanğınların baş vermə səbəbləri arasında ilk yeri elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması tutur.
Son 16 ildə bu səbəbdən baş verən yanğın saylarını müqayisə etdikdə görmək olur ki, il ərzində baş verən yanğınların çoxu bu səbəbdən baş verib və belə yanğınların il ərzindəki sayı 700-1000 arasında dəyişib.

2000-ci ildə elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən 732, 2010-cu ildə 913, 2011-ci ildə 917, 2012-ci ildə 892 , 2013-cü ildə 917, 2014-cü ildə 1036, 2015-ci ildə 820, 2016-cı ildə 835 yanğın baş verib.

Yanğının baş vermə səbəbləri arasında 2-ci yeri odla ehtiyatsız hərəkət etmə tutur. Bu səbəbdən baş verən yanğınlar hazırda bütün səbəblər arasında 2-ci yeri tutsa da, 16 il əvvəl odla ehtiyatsız davranma nəticəsində baş verən yanğınların sayı elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində baş verən yanğınların sayını üstələyib.

2000-ci ildə elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində 732 yanğın baş verdiyi halda, odla ehtiyatsız hərəkət etmə nəticəsində baş verən yanğınların sayı 1 253 olub. Bu say sonrakı illərdə azalmağa doğru dəyişərək 2016-cı ildəki 340 göstəricisinə enib.

Azərbaycanda siqaret çəkilməsi zamanı baş verən ehtiyatsızlıqdan yaranan yanğınların sayı azalıb. Bu səbəbdən 2000-ci ildə 445, 2005-ci ildə 502 yanğın baş verdiyi halda, 2016-cı ildə onların sayı xeyli azalaraq 54-ə enib.

Ümumilikdə, ölkədəki yanğınların çoxu yaşayış sahəsində qeydə alınır.

Xəbər 1374 dəfə oxunub.




24.01.2025  09:50 

Sürücülərin nəzərinə!

23.01.2025  16:58 

Jurnalist Xəzər.TV-ni tənqid etdi

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu


BÜTÜN XƏBƏRLƏR +