Bir həftədə ölkəyə 3100-dən çox dron buraxılıb -Zelenski
Azərbaycanlı kikboksçu karyerasını bitirdi
Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO


27.04.2017  11:12 

Horadiz xalçaçılıq filialı fəaliyyətini daha da genişləndirir - FOTOLAR





A+  A-

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı özünə heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub.
Azərbaycan xalçalarının qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. Qarabağ xalçaları isə öz rənga-rəngliyinə və müxtəlif naxış elementlərinə görə xalqımızın xalçaçılıq mədəniyyətində özünəməxsus yeri vardır. “Azərxalça” ASC-nin ilk filialının Füzuli rayonunda Horadiz şəhərində yaradılması heç də təsadüfü deyil. Çünki Horadizdə fəaliyyət göstərən filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edir.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, ümumi sahəsi 586 kvadratmetr olan Horadiz xalçaçılıq filialında hazırda 70 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 70 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxuyurlar. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də rayonun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir.
Horadiz xalça filialında füzulili toxucular tərəfindən istehsal olunan xalçaların Medain Azərbaycan brendi altında müxtəlif ölkələrə ixrac olunması nəzərdə tutulur.
Horadiz xalça filialında işləyən toxucular bildirirlər ki, onlar burada həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirir, həm də yaxşı əməkhaqqı almaqla ailələrinin sosial rifahını yaxşılaşdırırlar.
Rayon sakinləri Azərbaycanın xalçaçılıq sənətinin qorunmasına, təbliğinə və dünyada tanıdılmasına göstərdiyi köməkliyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Horadiz xalça filialında istehsalın artırılması üçün əlavə 80 xalça toxucusunun işə qəbuluna başlanılıb. Hazırda rayonun müxtəlif kəndlərindən olan həmin xalça toxucuları üçün tədris kursları keçirilir.








Xəbər 3712 dəfə oxunub.




12.10.2025  15:49 

Sabahın havası açıqlandı

12.10.2025  15:44 

Vəzifəli şəxs bıçaqlandı

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +