AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.10.2023  11:15 

“Sunny” MMC: Ay yarıma 7 tenderin necə qalibi olub?





A+  A-

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Elmi-Tədqiqat İnstitiutu keçirdiyi tender müsabiqəsinin qalibi “Sunny” MMC (VÖEN – 1308449991) olub.

Qeyd edək ki, Elmi-Tədqiqat İnstitutu “Sunny” MMC-dən ümumi çəkisi 12 min kq-dan çox olacaq müxtəlif heyvan yemləri (arpa, cımıx, press yonca və s.) alacaq və qarşılığında 6 min 300 manat ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Elmi-Tədqiqat İnstitutu tender müsabiqəsini 29 sentyabr 2023-cü il tarixində elan edib.

Qalib şirkət olan “Sunny” MMC isə tender elanından təxminən ay yarım əvvəl – 09 avqust 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında yerləşir. Qanuni təmsliçisi Tarverdiyev Vüqar Hüseyn oğludur.

Məlumat üçün bildirək ki, “Sunny” MMC qısa müddət əvvəl yaranmasına baxmayaraq dövlət qurumlarının keçirdiyi 7 tender müsabiqəsində qalib olub.

Dövlət qeydiyyatına alındıqdan cəmi 19 gün sonra Müdafiə Nazirliyinin elan etdiyi tenderin qalibi olub.

Qalib olduğu tender müsabiqələrində isə bir-birindən fərqli mal və xidmətlər təqdim edir.

Məsələn, Müdafiə Nazirliyinə xalça satan “Sunny” MMC, bir həftə sonra Daxili Qoşunlara kağız və qələm, Mədəniyyət Nazirliyinə isə odun satıb.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.

Tender müsabiqəsindən cəmi 19 gün əvvəl yaranan və barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin müxtəlif istiqamətlər üzrə fərqli mal və xidmətlər təqdim etməsi üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.//Yeniavaz.com

Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +