AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.10.2023  08:55 

Sökülən mənzillərə nə qədər kompensasiya veriləcək?





A+  A-

Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur. Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.

Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.

Bəs sökülən evə görə mənzil sahibinə nə qədər kompensasiya ödənilməlidir?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda inşa olunan pilot layihələrdə vətəndaşların narazı qaldığı əsas məsələlərdən biri kompensasiyanın ödənişidir:

“Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən Bakıda pilot layihələr üzərindən köhnə, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökünütüləri başlanıldı. Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzləndi. Hazırda söküntü işləri sürətlə davam edir ki, burada sökünütü işlərini aparan özəl sektordur ki, həmin binaları sökür, onların yerində yeni binalar inşa edir və mənzil sahiblərinə sökdükləri gündən etibarən kirayə pulu verir, köç xərclərini verir”.

Ekspert qeyd edib ki, daha sonra həmin sakinlərə sökdükləri binaların yerindən 20 faizdən artıq sahəsi olan mənzillər təhvil verilir. Onun sözlərinə görə, vətəndaşa ödənilən kompensasiya təqribən həmin 20 faiz ümumi artıq sahədir: “Bu da vətəndaşın təqribi 2-3 il müddətində gözlədiyinə görə olan kompensasiyalardır. Bundan əlavə həmin ərazilərdə sökülən evlərin əvəzinə vətəndaşa yeni tikili binadan verilən mənzillərin satış qiymətindən vətəndaşın köhnə mənzilinin satış qiymətindən demək olar ki, 2 dəfəyə qədər baha qiymətə bazarda dəyərləndirilir”.

Bəzi ərazilər də var ki, özəl şirkətlər həmin əraziləri sökərək yerində hər hansısa bir tikinti işləri aparır, o zaman isə vətəndaşa verilən məbləğ ərazi üzrə qiymətləndirilir və bazar qiymətinə uyğun olaraq vətəndaşlara kompensasiya verilir – deyə Elnur Fərəzliyev əlavə edib.

Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +