AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


08.01.2022  11:46 

Rusdilli Azərbaycandilsizlər





A+  A-

Bir neçə ay bundan əvvəl onları da Şuşaya aparmışdılar. FB-dakı tək-tük paylaşımlarından gördüm. Gənc jurnalist tanışım hamı kimi şəkil çəkdirmişdi Cıdır Düzündə, altına da “Şuşa, Vətən, Qarabağ” deyə bir şeylər yazmışdı.

Ancaq yazdıqları rus dilində idi.

Şərh yazmağı sevmirəm. Nadir hallarda kiminsə postuna nəsə yazıram.
Ancaq bu səfər əlim “dinc” durmadı.

Belə bir şey yazdım: “Şuşanı Ana dilində sevmək lazımdır”…

Tələbə ikən bizim rektorun nəvəsi olmuşdu. Akademik, Sosialist Əməyi Qəhrəmanı, Nazirlər Soveti sədrinin 1-ci müavini olmuş bu tanınmış insanın nəvəsinə “İqor” adı qoydular. Aramızda deyirdik ki, bəs baba nəvəsini necə sevəcək, necə nəvaziş göstərib başını sığallayacaq. Bir qazaxlı qrup yoldaşımız belə yamsılayırdı rektoru: “A bala, ay İqor, ay İqor, ay ağrın alem, gəl bir bavan səni maç eləsin”…

Nədənsə bu İqor gəldi gözümün qabağına o anda.

“Şuşanı Ana dilində sevmək lazımdır” cümləsini bu düşüncə ilə yazdım.
Mənə qısa bir cavab yazdı o saatca. Sözündən belə çıxdı ki, əşşi əcəb edirəm, əsas məsələ dil deyil…

Əslində isə sözündən heç nə çıxıb eləməmişdi. Mən də elə buna görə baş qoşmadım…
3-4 gündür hamının fikri, diqqəti Qazax qardaşlarımızın yanındadır.

Dünən gecə də son xəbərlərə göz atırdım.

Birdən FB-un xəbər lentində yuxarıda bəhs etdiyim tanışımın bir qrup azərbaycanlı yoldaşı ilə rus dilindəki yazışmaları çıxdı qarşıma.

Sökürdülər rusları…”Siz işğalçısısız, filan fəsməkan, qazax qalxı belədir elədir” deyə atəş püskürürdülər ruslara.

Ruslardan biri də qayıdasan ki, “Növbə sizə çatacaq”.

Bizim rusdilli azərbaycandilsiz də özünü itirdi. Nə cavab verəcəyini bilmədi.
Handan hana yazdı ki, “Это мы еще посмотрим”…

Vəssalam, bundan artıq heç nə deyəmmədi.
Köməyə digər azərbaycanlılar yetişdilər.

Onlar da nəsə işğal, demokratiya və s. kimi şeylər yazdılar.

Ancaq ruslar sürü kimi şığıdalar bizimkilərin üstünə. Həm də nə şığıdılar.

Bizim dəstə onları “Okkupant” adlandırdı ki, vurucu kontr-zərbə də məhz o “оккупант” sözündən sonra gəldi.

Bir rus qadın yazdı ki, biz okkupant isək niyə okkupantların dilndə danışrısız, niyə öz dilinizi bilmirsiz…

Mənim o anda nələr hiss etdiyimi yəqin ki, təxmin edərsiz.
Gecə saat 1 idi, başladım cavab yazmağa ruslardan birinə.

Əvvəlcə profilinə baxdım.

MGİMO-dan məzun, inneligent görünüşlü bir adam idi.

Yazdıqları, düşüncələri, şovinist baxışlarını oxuyanda ürəyim ağrıdı.

Şuşanı Ana dilində sevə bilməyən “intellektuallarımıza” yazığım gəldi.

Ruslardan birinin şərhi isə daha ağrılı və acı idi:

“Bakı nefti də öz Vətəninə qayıtmalıdır. Doğma limanına. Yaşasın Rusiya”
Cavab yazmaqdan vaz keçdim.

Varsın özləri versinlər onların cavabını.

Nə də olsa Dostoyevskini orjinaldan oxuyublar axı.

Şuşanı Ana dilində o qədər sevən var ki…

İbrahim Nəbioğlu

Xəbər 5253 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +