Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


10.02.2023  10:00 

Sizə diktator dediyiniz Ərdoğan lazımdır, yoxsa Özal, Dəmirəl kimi...





A+  A-

Bəzi dostlarımız özünə əl qatıb. Hətta zəlzələdən-bu fəlakətdən də Tayyib Ərdoğana qarşı əks təbliğat üçün istifadə etməyə çalışırlar. Çox iyrənc ittihamlar səsləndirirlər. Əsas arqumentləri də budur ki, Ərdoğan diktatordur. Xalqın seçdiyi siyasi liderə necə dictator demək olar? Bəlli deyil. Türkiyədə seçkilər nə vaxtdan saxtalaşdırılır?

Yada salıram. Son seçkidə AKP, yəni Ərdoğanın partiyası o boyda İstanbulu, Ankaranı və İzmiri müxalifətə uduzdu. Niyə uduzdu? Çünki müxalifət-PKK-a yanlılarının dəstəyi ilə AKP-ni üstələyə bildi. Yəni Türkiyəni parçalamaq istəyən qüvvələrlə siyasi ittifaq quran müxalifət Türkiyəyə xəyanət yolu tutdu. Onlar indi də həmin yolu gedirlər…

Hə, onu deyirdim axı. Türkiyədə seçkilər saxtalaşdırılırsa, niyə AKP bu möhtəşəm mərkəzlərdə müxalifətin qələbəsini qəbul etdi?.. Sözümün canı o ki, kim deyirsə ki, Türkiyədə seçkilərin nəticəsi saxtalaşdırılır o, sadəcə, yalançıdır. PKK ilə ittifaqa girib Türkiyəyə xəyanət edən Türkiyə müxalifəti ilə eyni qafadadır…

Keçirəm cənab Ərdoğanın diktator olmasına. Qərb də Ərdoğana diktator deyir. Niyə? Çünki Ərdoğan Qərbin çaldığı ilə oturub-durmur. Ərdoğan Türkiyənin böyük dövlət olması üçün çalışır. Qərb isə Türkiyənin böyük dövlət olmasını istəmir. Özü də bu, nəsə gizli bir məsələ deyil. Hər şey gün kimi ortadadır. Qərbə ram olan, yazıq, zavallı Türkiyə lazımdır. Qərbə PKK-nın at oynatdığı Türkiyə lazımdır…

Yenə Ərdoğanın diktatorluğuna qayıdıram. Bir çox tarixçilər Atatürkü də diktator adlandırır…

İndi isə keçirəm Türkiyənin demokrat rəhbərlərinə. Turqut Özal Türkiyənin 8-ci prezidenti (1989-1993) olub. 1990-cı il 20 Yanvar qırğınından sonra o, nə demişdi? “Onlar Şii, Biz Sünniyiz. Onlar İran’a daha yakın”. Yəni Türkiyə Azərbaycana heç bir kömək etməli deyil. “Milliyət” qəzetinin 1990-cı il 16 fevral sayında gedən həmin məqalənin sürətini təqdim edirəm...

Cənab Turqut Özalın demokrat olmasına kimsə şübhə edirmi? Düşünmürəm. Soruşuram, Azərbaycana Turqut Özal kimi qorxaq, ancaq demokrat Türkiyə rəhbəri lazımdır, hansı ki heç sözdə də Azərbaycanı müdafiə etməyə hünəri çatmadı. Yoxsa Qarabağı erməniyə dəstək verən Qərbin əlindən alıb Azərbaycana qaytaran diktator Ərdoğan Azərbaycan üçün daha münasib siyasi liderdir?

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl (1993-2000) necə yadınızdaırmı? Cənab İlham Əliyev onun sinəsinə öz əli ilə "Şərəf" ordeni taxmışdı. Əslində isə ona Azərbaycan adına heç taxta medal da düşmürdü. Ən azı ona görə ki, Kəlbəcər işğal olunanda Azərbaycan prezidenti Əblüfəz Elçibəy insanları fəlakət zonasından çıxarmaq üçün ondan 3-4 helikopter istədi. Dəmirəl Qərbin və Rusiyanın qorxusundan Azərbaycana 3-4 helikopter vermədi. Hazırda Türkiyə Azərbaycanda F-16 qırıcılarını qoyub getmirmi?

Mən sizlərdən soruşuram. Sizə diktator dediyiniz Tayyib Ərdoğan lazımdır, yoxsa Turqut Özal kimi, Süleyman Dəmirəl kimi ən kritik məqamda Azərbaycana arxa çevirən, onu düşmənə satan demokratlar lazımdır...

Mən cənab Ərdoğanı seçirəm. Siz özünüz bilərsiz.

Mən heç istəməzdim ki, Azərbaycan xalqı nə vaxtsa Türkiyədən belə bir xəyanət görsün. Azərbaycan xalqı Qərbin əlində oyuncaq olan sözdə demokrat liderlərdən bir daha xəyanət gördükdə-bax onda Ərdoğana qəni-qəni rəhmət deyəcək...

P.S Bəzi düşüklər belə bir iddia irəli sürür ki, guya bir çoxları Tayyib Ərdoğanı müəyyən təmənnaya görə müdafiə edir. Öz payıma deyirəm. Mənim nə Ərdoğandan, nə İlham Əliyevdən elə bir təmannam yoxdur. Heç onlar bilmir ki, bu dünyada Elbəyi Həsənli deyilən birisi yaşayır. İstəyim odur ki, Azərbaycan yağı düşmənlərin qarşısında heç vaxt xar olmasın, sınmasın, əyilməsin. Bu sadə məntiqi başa düşmək bu qədərmi çətindir?...

Elbəyi Həsənli

Xəbər 1337 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +