07.02.2023 18:12
Vardanyan Qarabağı necə tərk edib?
Son zamanlar Qarabağın dağlıq hissəsində yeni siyasi şərait yaranıb. Axırıncı bir həftədə erməni mətbuatı da, öz növbəsində, qondarma qurumun “prezidenti” Araik Arutyunyanla “dövlət naziri” Ruben Vardanyan arasındakı münasibətlərin kəskinləşdiyi barədə silsilə məqalələr tirajlamaqda davam edir.
Belə bir məqamda isə Vardanyanın qəfildən qeybə çəkilməsi qondarma rejimin “siyasi kluarları”nda çoxsaylı suallar doğurub. Belə ki, rəsmi mənbələr, əsasən də müxalifətə bağlı olan media qurumları hazırda onun Moskvada olduğunu bildirir. Bundan əlavə, Araik Arutyunyanın Moskvadan geri qayıtmasından sonra Vardanyanın oraya təşrif buyurması isə nədənsə heç təəccüblü gəlməyib.
Lakin ortada maraqlı bir sual var: bu adam Qarabağı necə tərk edib? Ehtimallardan biri onun hansısa sülhməramlı maşınının gizli yerində çirkli paltarlarla aradan çıxmasıdır. Hətta onun yük yerinə gizlənməsi də mümkün versiyalar arasındadır. Bundan əlavə, son günlər Xankəndidən İrəvana göndərilən təcili yardım maşınlarının ardı-arası kəsilmədən Laçın yolundan maneəsiz keçidini də nəzərə alsaq,Vardanyanın “xəstələnərək” bölgəni tərk etməsi də istisna edilmir. Vardanyanın el arasında "meyit maşını" kimi tanınan avtomibil vasitəsilə bölgədən qaçması da mümkündür.
“Vardanyan ssenarisi”nin iflasa uğradığını görən Kremlin isə yeni bir siyasi manevr etmək cəhdi gözləniləndir. Lakin bunu da demək yerinə düşər ki, Vardanyanın ərazidən qaçmağı Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Bununla Azərbaycan siyasi hakimiyyəti bir daha separatçı rejimə və Kremlə açıq mesajını ünvanladı: qısa və net. Əgər sizlərdən biri Azərbaycana yeni Vardanyan, yaxud ondan daha bacarıqsız hər hansı bir marionet kukla göndərəcəksinizsə, heç şübhəniz olmasın ki, onun da aqibəti belə olacaq. Onsuz da məngənə daha da daralıb və heç bir potensialı olmayan “Artsax” rejimi bu gün tulapayı kimi ya sülhməramlıların əlinə, ya da Amerikada milyardları mənimsəyən lobbinin əlinə baxır. Ona görə də ən yaxşısı ya Azərbaycan hakimiyyətini qəbul etməkdir, ya da Qarabağdan birdəfəlik çıxıb getmək.
Çünki Azərbaycan Prezidenti də bu barədə ötən il bir xatırlatma etmişdi: “Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün isə qapı hər zaman açıqdır”.
Yəni biz onlardan fərqli olaraq, açıq qapı qoyuruq və biz yenə də onlardan fərqli olaraq, insanları aclığa, susuzluğa və ölümə məhkum etmirik. Çünki biz belə bir millət deyilik. Amma biz həm də keçmişimizi də unutmayan bir millətik. Seçim isə onlarındır...
Rafi MÜSLÜMOV
Yenisabah.az
Xəbər 783 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|