Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


17.11.2022  10:45 

Onlar İlham Əliyevə nə qədər etibar edir? - Sorğu





A+  A-

Azərbaycan əhalisinin 84.7%-i Prezident İlham Əliyevə tam etibar etdiyini bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2022-ci ilin may-avqust aylarında keçirdiyi rəy sorğusunun nəticələrində deyilir.

Belə ki, respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib.

Rəyi soruşulanların cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib.

Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

I Vitse-prezidentə münasibətdə sorğu iştirakçılarının 75.4%-i tam etibar etdiyini, 15.3%-i əsasən etibar etdiyini bildirib Respondentlərin cəmi 1.6%-i əsasən etibar etmədiyini, 5.5%-i heç etibar etmədiyini qeyd edib. 2.2% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğuda hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına olan ictimai inam və etimad səviyyəsi də öyrənilib. Respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 9.8%-i əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib. Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin klaster üsulundan istifadə edilib. Respondentlərin seçimində gender balansı qorunub. Sorğuda əhatə edilmiş respondent sayına (1068 nəfər) əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib. Sorğunun hər respondent üzrə orta davametmə müddəti 17 dəqiqə 4 saniyədir. Sahə işi 2022-ci ilin 12 sentyabr– 27 sentyabr tarixlərində icra edilib.

Xəbər 649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +