Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


26.04.2022  14:11 

Soruşmaq ayıb olmasın, nəyi araşdırırsınız?





A+  A-

Azərbaycanın 1 nömrəli problemi bilirsinizmi nədir? Prezidentin elan etdiyi və həyata keçirməyə çalışdığı islahatlara aşağıların inadkarlıqla dirəniş göstərməsi! Prezident konkret bir sahəni nizama salmaq üçün uyğun kadrı vəzifəyə təyin edir. Həmin kadr da işə başlayır. Bir də ayılır ki, sahədə ona qədər olanlar əməlli-başlı xaos buraxıb gediblər. Dəxli olmayan adamları vəzifəyə təyin ediblər, yaxud da kiməsə vəzifə yeri açmaq üçün heç dəxli olmayan struktur vahidi təşkil ediblər və s. Hə, bir də N qədər ölü canlar olur hər sahədə. Ki, yeni gələn onlarla da mübarizə aparmağa məcburdur.

Təbii ki, yeni kadr Prezidentin etimadını tam doğrultmaq üçün sürətlə vəzifəsinin icrasına girişir. Yerində olmayan kadrları təmizləmək, gərəksiz və dövlət büdcəsinə yük olan struktur vahidlərini ləğv etmək üçün hərəkətə keçir. Başına nələr gəlir bunun ardınca? Zənglər! Bəli, hər tərəfdən zənglər gəlməyə başlayır! Parlamentdən, ayrı-ayrı nazirliklərdən, məhkəmələrdən, prokurorluqlardan və daha haralardan zənglər gəlmir bu adama? Ki, filankəsə dəymə, filankəsin adamıdır. Filan struktur vahidinə toxunma, ordakı adam da “bizim adam”dır. Beləcə yeni isalahatçı kadr dirənib qalır və sahədə də dəyişiklik – yeniləmə baş tutmur. Bu tərəfdən də ictimai rəy həmişəki kimi başlayır ki, “yeni gələnlər gedənlərin atasına rəhmət oxutdurur”.

Bütün bunları, bilirsinizmi niyə yazıram?

Xatırlarsınız, bir neçə gün öncə Bakıdakı 3 nömrəli məktəbdə adi orta, hətta 8 illik təhsili olmayan bir qadının direktor müavini işlədiyi haqqında yazmışdım. Düşünürdüm ki, təhsil başbilənlərimiz buna ciddi yanaşacaq, tədbir görəcək. Hələlik açıqlamıram, “tədbir” görməyə cəhd ediblər. Amma tərsinə. Bu qalsın sonraya.

İndi isə görürəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi “qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub” kimi bir açıqlama yayıb. Soruşmaq ayıb olmasın, nəyi araşdırırsınız? Layiq olmadan o vəzifədə oturan şəxsə deyirsiniz ki, təhsilin haqqında sənədi təqdim elə. O da varıdırsa, edir, yoxudursa, deyir ki, yoxdur və siz də onu ya başqa işə keçirirsiniz, ya da ümumiyyətlə o işdən uzaqlaşdırırsınız. Yəni bu məsələ 2x2 kimi aydındır.

Yeri gəlmişkən əlavə edim ki, orta məktəblərdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini tutmaq üçün şəxsin ən azı orta ixtisas təhsili olmalıdır. Bizim “qəhrəman”ın isə adicə 8 illik təhsilini təsdiq edən heç bir sənədi yoxdur. Yəni o vəzifədə qala bilməz.


Hə, Bakı Təhsilimiz onu da deyir ki, həmin xanım 2004-cü ildə vəzifəyə təyin edilib. Olsun. Nə deyirik ki? O vaxtı kimsə özünə bəlli olan səbəb və məqsədlərdən çıxış edərək dövlətin etimadına beləcə xəyanət edib. İndi siz də həm onu araşdırın, həm də özünüz bu səhvdən bir an öncə qurtulun. Əgər doğrudan da Prezidentin islahat kursuna sadiqsinizsə, dövlətin etimadını doğrultmaq kimi bir istəyiniz varsa, millətin başını boş-boş açıqlamalarla qatmayın. Tədbir görün, tədbir. Belə tədbiri ona görə görməlisiniz ki, təhsilimiz yavaş-yavaş da olsa normallaşmağa başlasın. Əks təqdirdə... Əks təqdirini də sonraya saxlayaq.

Sözardı: Bəzi şəxslər deyir ki, niyə bu vaxta kimi bu məsələni ictimailəşdirməmişik? Çox sadə bir səbəbdən: hər şeyin bir ədəbi var. Məsələylə bağlı az qala 1 ildir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq müraciət edilib. Hətta orda elə bir məmur tapılıb ki, “o xanım bizə lazımdır” deyəcək qədər qabalıq da göstərib. Və sonra da məsələ “unudulub”...

Azər Həsrət

Xəbər 1589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +