Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


23.04.2022  14:07 

İblislərin missiyası...





A+  A-

22 aprel... Bu gün keçmiş şər imperiyasının, xalqlar həbsxanasının - SSRİ adlı qondarma dövlətin və sistemin qurucusu, "Böyük Oktyabr Sosialist İnqilabı" adlı süni inqilabın lideri Vladimir İliç Leninin doğum günüdür.

Mən bu yazı üçün Putinlə Leninin birgə şəklini boşuna seçmədim. Leninin doğum günündə Putindən danışmağın, bu iki imperialistin tarixdəki rolunu müqayisə etməyin yeri var. Putin Lenini sevmir, bunu bilirsiniz.

Daha doğrusu, Putinin Lenini görməyə gözü yoxdur. Vladimir Putin Vladimir Leninə dərin nifrət hissi bəsləyir.

Putin Lenini hər fürsətdə aşağılayır, iqnor edir. Və tam tərsinə, o, digər şər dahisini - Stalini özünə kumir seçib. Çünki Kremlin hazırkı rəhbəri hesab edir ki, Lenindən fərqli olaraq Stalin dövlətçidir və Rusiya imperiyası məhz Stalinin sayəsində "SSRİ" adıyla dünyaya meydan oxuyan bir superdövlətə çevrilmişdi.

Putin Stalin dövründəki SSRİ-nin nostaljisi ilə yaşayır. Həmçinin özünü də Stalinin davamçısı sayır.

Onun Leninə qarşı nifrətinin başlıca səbəbi kimi isə guya, Leninin Çar Rusiyası kimi nəhəng bir imperiyanı sosialist inqilabı nəticəsində dağıtması göstərilir. Putin həmçinin Lenini hazırkı Ukrayna dövlətinin memarı, qurucusu hesab edir. Onun fikrincə, guya tarixdə ümumiyyətlə ukraynalılar adlı xalq və Ukrayna adlı dövlət olmayıb, bu dövlət məhz Leninin sayəsində meydana çıxıb. Putin bu sərsəm fikri Ukraynaya hücum etməmişdən bir neçə gün qabaq səsləndirmişdi.

Putinin bu cür sayıqlamaları ilk növbədə onun savadsızlığından irəli gəlir. Çünki Putin nə Rusiya və Ukrayna tarixini, nədəki ümumiyyətlə dünya tarixini yaxşı bilmir. Amma buna baxmayaraq tez-tez tarixi mövzularda çıxış etməyi, tarixi həqiqətləri təhrif etməyi, tarixi faktları kəlləmayallaq çevirməyi xoşlayır. Elə onun Lenin və Ukrayna haqqında söylədiyi cəfəngiyyatlar da məhz bu xüsusiyyətindən irəli gəlir.

Putin bir əsr öncəki tarixi-siyasi proseslərə başqa bir nəzər nöqtəsindən yanaşa bilsə, o zaman Lenini qınamaq əvəzinə təqdir edər, Ukrayna və digər postsovet ölkələrinə qarşı ərazi iddiaları ilə çıxış etməkdən də bilmərrə əl çəkər.

Gorbagor Jirinovskidən yanlış tarix dərsi alan Putin anlamalıdır ki, çar Rusiyasını Lenin dağıtmayıb. Həmin vaxt Lenin olmasaydı da belə, çar Rusiyası onsuz da dağılacaqdı. Yəni ki, proseslər məhz buna doğru aparırdı. Çünki çar imperiyası artıq içindən çürümüşdü.

Birdəki, 20-ci əsr imperiyaların süqut əsri idi. Lakin əfsuslar olsun ki, cahil və bilgisiz Putin bu tarixi həqiqəti hələ də dərk edə bilmir, yadaki sadəcə dərk etmək istəmir.
O, eyni zamanda SSRİ-nin də obyektiv və subyektiv dağılma səbəblərini heç cürə dərk etmək və ya qəbul etmək istəmir. Elə ona görə də SSRİ-nin dağılmasını "geosiyasi fəlakət" hesab edir.

Qayıdaq mətləbə. Putin ilk baxışdan Lenini qəbul etməsə də, amma əsl həqiqətdə dəhşətli dərəcədə Leninə bənzəyir. Söhbət yalnız zahiri cizgilərdəki bənzərliklərdən getmir. Onlar ikisi də eyni missiyanın davamçılarıdır...

Bəybala Mirzəyev

Xəbər 3626 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +