Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


21.04.2022  21:50 

“Dəniz bütövlükdə işğal olunub” - Deputat





A+  A-

“Dəniz kənarına 130 metr məsafədən yaxın tikililərin sökülməsi ilə bağlı layihə hazırlanıb Prezidentə təqdim olunmalıdır”.

XəzərNews.az xəbər verir k, bu sözləri Bakupost.az -a açıqlamasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, dənizin ətrafının hasarlanması vətəndaşların hüquqlarının pozulmasıdır:

“Dəniz sahillərinin aidiyyəti üzrə istifadə olunmaması, Azərbaycan vətəndaşlarının Konstitusiya hüququnun pozulmasıdır. Vətəndaşın dənizə buraxılmaması ciddi qanun pozuntusudur. Ona görə də bu məsələ zaman-zaman gündəmə gəlir. Mən də bu məsələni daim gündəmdə saxlayıram. Məsələ hökumət tərəfindən də müzakirəyə çıxarılır. Demək olar ki, dəniz bütövlükdə işğal olunub. Dəniz ətrafındakı tikililərin hamısının sökülməsi həm maliyyə yüklü, həm də sosial məsələdir. Digər tərəfdən isə bu, siyasi iradəyə bağlı bir işdir. Avropa Oyunları zamanı Prezident İlham Əliyev Şıxovda Veloparkın açılışı zamanı parkın ərazisinə daxil ərazilərin hasarlandığını, villaların tikildiyini görmüşdü. Prezidentin göstərişindən sonra həmin tikililər söküldü. Dənizə çıxışı məhdudlaşdıran tikililərin sökülməsi məsələsinin də siyasi iradə ilə həll olunmasına ehtiyac var”.

Millət vəkili qeyd edib ki, bu problem qanunla həll olunmalıdır: “Ümid edirəm ki, bir gün bu məsələlər qanunla həll olunacaq və vətəndaşların xeyrinə qərar çıxarılacaq. Çünki bu məsələlər birbaşa Prezidentin öz nüfuzuna zərbə vurur. İnsanlar bununla bağlı şikayətləri Prezidentə ünvanlayırlar. Dənizin kənarını bağlayan insanlar başa düşməlidir ki, onların fəaliyyəti, özbaşınalığı Prezidentə qarşı atılmış addım kimi nəzərə çarpır. Ona görə də özləri bu cür qanunsuz fəaliyyətdən çəkinməlidirlər”.



R.Nurullayev dəniz kənarında fərdi şəxslərə yer satılmasını səhv addım hesab edir: “Dəniz kənarında insanların fərdi şəkildə yer əldə etməsi doğru qərar deyil. Bu ərazilər tursitik zonalardır. Orada böyük hotellər tikilməlidir ki, insanlara iş yerləri yaradılsın. Bakı Şəhər İcra Hakimiyyəti dənizkənarı əraziləri biznesmenlərə simvolik qiymətlə satmalıdır. Bu, vergi verilməsi, insanların işlə təmin olunması, ölkənin iqtisadi potensialının artırılması deməkdir. Hüquqi dövlət və qanun qarşısında hər kəsin bərabərliyinə nail olmaq istəyiriksə, bu, təmin olunmalı və günahkarlar cəzalandırılmalıdır. Konstitusiya ilə insanların dənizə çıxışı təmin edilir. Dənizi hasarlayıb özünə mülk tikən insanların dənizə girişi dayandırmaq, girişi pullu etmək hüququ yoxdur”.

Xəbər 7745 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +