Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


01.08.2019  13:06 

“Manatla bağlı yeni ssenarilərə hazır olmalıyıq”





A+  A-

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib. FED-in son qərarına rəğmən, dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib.
XəzərNews.az xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov sözügedən qarla bağlı fikirlərini bildirib.

“Əvvəla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED qərarını elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra mərkəz bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir”, – deyə o qeyd edib.

Ekspert FED-in qərarından sonra avronun 1.10 dollaradək ucuzlaşdığını bildirib:

“Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunu ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”.

“Milli valyutamıza gəldikdə isə, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın məzənnəsi, həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”, – Bayramov vurğulayıb.

Xəbər 1677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +