Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


31.07.2019  14:11 

Azərbaycan və Gürcüstan Keşikçidağ ətrafına əlavə qüvvələr yığdı





A+  A-

Gürcüstan Xarici İşlər Nazirliyi Keşikçidağ (David Qaredji) monastır kompleksi ətrafındakı situasiya ilə bağlı yeni bəyanatla çıxış edib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, nazirlik monastır kompleksi ilə bağlı məsələnin və Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasının gündəmdə qaldığını bildirir.

İyulun 30-da keçirilmiş mətbuat konfransında xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib ki, iyulun 14-də yerli sakinlərlə Azərbaycan sərhədçiləri arasında Keşikçidağ ətrafında baş vermiş insident “hər iki ölkənin sərhəd xidmətinin təxirəsalınmaz və birgə fəaliyyəti” nəticəsində tezliklə aradan qaldırılıb.

“Həmin insidentdən sonra Azərbaycan tərəfi həmin sahədə sərhədçilərin sayını artırıb və onların nəzarətindəki əraziyə maddi-texniki dəstək göstərmək üçün müvəqqəti infrastruktur qurub. Gürcü sərhədçilərinin də sayı həmin istiqamətdə artırılıb”,-Darsaliya bildirib.

Nazir müavini əlavə edib ki, turistlərin, yerli sakinlərin və zəvvarların monastır kompleksinə hərəkəti təhlükəsizlik baxımından və yeni insidentlərin baş verməməsi üçün müvəqqəti dayandırılıb.

Laşa Darsaliyanın bildirdiyinə görə, insidentə qədər kompleksə gediş-gəlişə məhdudiyyətlərlə də olsa yol verilirdi. Lakin iyulun 14-dən sonra vəziyyət mürəkkəbləşib. “Həmin istiqamətdə sərhəd xidmətləri tərəfindən insidenti yoluna qoymaq və vəziyyəti normal məcraya qaytarmaq üçün fəal danışıqlar aparılır”,-o qeyd edib.

Darsaliya bildirib ki, sərhdlərin delimitasiyası məsələsində iki ölkə hökumətləri fəal əməkdaşlıq edir, bütün aidiyyatı strukturlar iki ölkənin birgə komissiyasının işində iştirak edir. Nazir müavini delimitasiya və demarkasiya üzrə birgə komissiyanın Bakıda may ayında keçirilmiş iclasında ekspertlərin sərhədin həmin istiqamətində işləməsi qərarlaşdırılıb. Ekspertlərin bu məqsədlə ilk görüşü avqustun 19-23-nə təyin edilib.

“Güc birlikdədir” adlı anti-işğal hərəkatının qurucularından David Katsarava isə bildirib ki, iyulun 14-də baş vermiş insidentdən sonra monastır kompleksinə gedən yollar bağlanıb, Azərbaycan tərəfinin bəyanatlarının məzmunu sərtləşib. “Azərbaycanlılar təcili rejimdə ikinci baza açıblar və sərhədçilərin sayını ən azı 3 dəfə artırıblar, bizim sərhədçilərin sayı isə əslində artmayıb”,-o deyib.

Xəbər 1864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +