Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


22.01.2023  10:12 

Rəcəb ayının əməlləri





A+  A-

Artıq rəcəb ayının astanasındayıq. Rəcəb şabanla yanaşı mübarək Ramazan ayının müqəddiməsi sayılır. İlahi ziyafət olan Ramazan ayını gözləyən möminlər bu aylarda özlərini mənəvi cəhətdən hazırlaşdırır. Bu aylar Allahın xüsusi rəhmət və bərəkət mövsümü, insanın mənəvi təmizlənməsi üçün əvəzsiz fürsətdir.

Həzrət Məhəmməd (s) buyurub: “Rəcəb Allahın ayı, şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”.

Bu ayın ilk gecəsi qüsl almaq müstəhəbdir. Bu qüsl insanın mənən təmizlənməsini, yenilənməsini simvolizə edir və günahların bağışlanmasına səbəb olur. Ayın ilk günü də qüsl almaq bəyənilir. Rəcəb ayının həm ilk gecəsi, həm ilk günü İmam Hüseyni (ə) ziyarət etmək yaxud uzaqdan da olsa ziyarətnaməsini oxumaq tövsiyə olunur. İlk gündə oruc tutmağın xüsusi savabı var.

Ümumiyyətlə, bu ay boyunca oruc tutmaq xususi əhəmiyyətə malikdir. Hər kəs bacardığı qədər oruc tuta bilər. Lakin, il boyunca ən çox oruc üçün təkid olunan gün rəcəb ayının 27-sidir. Məbəs bayramı olan həmin gündə Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçilib. Arzular gecəsi kimi tanınan leylətül-rəğaib də bu aydadır. Leylətül-rəğaib rəcəb ayının ilk cümə gecəsinə deyilir. Həzrət Rəsuləllah(s): "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər". Habelə, Rəcəb ayının 13-dən 15-nə qədərki üçgünlük əyyamül-beyz, yəni "parlaq günlər" adlanır. Bu günlər oruc tutmaq, əlavə namazlar qılmaq, çoxlu sədəqə paylamaq, habelə Ummu-Davud duasının oxumaq üçün ən münasib vaxt sayılır.

Bundan başqa ay boyunca müxtəlif zikrlər demək də bəyənilən əməllərdəndir. Həzrət Rəsuləllah (s) buyurub ki, hər kəs ay boyunca aşağıdakı zikri yüz dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala Öz rəhmət və məğfirətini onun üzünə açar: “Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh” (tərcümə: “Özündən başqa bir tanrının olmadığı, heç kəsin Ona şəriklik etmədiyi Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram”). Peyğəmbərimiz (s) həmçinin bu ayda min dəfə “La ilahə illəllah” və min dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” (tərcümə: “Cəlalətli və səxavətli Allahdan bütün günahlarıma və səhvlərimə görə bağışlanmağımı istəyirəm”) zikrlərini oxumağı tövsiyə edib.

Gecə-gündüz namazlardan sonra aşağıdakı duanı oxumaq da tövsiyə olunur:

“Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim”

Tərcümə: “Ey bütün xeyirlərli Ondan umduğum kəs, ey bütün pisliklərə rəğmən qəzəbindən amanda qaldığım kəs, ey azın müqabilində mənə çox əta edən kəs, ey əl açana əta edən kəs, ey səxavət və rəhməti ilə hətta Ondan istəməyənə və Onu tanımayana əta edən kəs! Səni çağırdığım üçün mənə dünya və axirətin bütün xeyirlərini əta et! Səni çağırdığım üçün dünya və axirətin bütün pisliklərini məndən uzaq et! Həqiqətən, Sənin əta etdiklərində bir çatışmazlıq yoxdur. Fəzlinlə mənə əta etdiklərini çoxalt, ey Kərim! ”

Bu hissəni oxuduqdan sonra imam Sadiq (ə) sol əli ilə saqqalını tutub sağ əlinin işarə barmağını yellədir və davam edir: “Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”. (saqqalı olmayanlar “şeybəti” yerinə “şə’ri” deyə bilərlər)

Tərcümə: “Ey cəlalət və kəramət sahibi, ey nemət və səxavət sahibi, ey lütf və qüdrət sahibi! Ağ saqqalımı (və ya saçlarımı) atəşdən qoru!”

Peyğəmbərimizin (s) buyurduğuna əsasən, bu ay oruc tutmağa imkanı olmayan oruc tutmaq istədiyi gün aşağıdakı zikri 100 dəfə deyərsə, orucun savabına çatar: "Subhanəl-ilahil-cəlil! Subhanə mən la yənbəğit-təsbihu illə ləh! Subhanəl-ə-əzzil-əkrəm! Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhl".

Tərcümə: "Cəlalətli Tanrı olan Allah necə də nöqsansızdır! Ondan başqa tərifə layiq olmayan Allah necə də nöqsansızdır! Uca və qüdrətli Allah necə də nöqsansızdır! İzzətə bürünmüş və izzətə layiq Allah necə də nöqsansızdır!"

Qeyd edək ki, bu il rəcəb ayı yanvarın 22-si axşam azanında daxil olur. Rəcəb ayının ilk günü isə yanvarın 23-nə təsadüf edir.

Hacı Şahin Həsənli

Xəbər 4044 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +