Şahbaz Şərif Azərbaycanda - Foto
Hava xəbərdarlığı: Daha sərt şaxta gəlir
Ərdoğan yenidən sədr seçildi
Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı


25.07.2022  20:22 

Mənim və ailə üzvlərimin üzərinə gəlirlər...





A+  A-

Əziz soydaşlarım, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son geniş müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşçül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar.

Bir daha əmin oldum ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər. Eyni mərkəzdən idarə olunduqları aşkardır. “Texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər.

Deməli xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar.

Dövləti və milləti düşünən kəs və internet kanal məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar.

Onların buna marağı yoxdur. Adil Əliyev və yaxınlarım prezidentin və dövlətin siyasətinə sadiqdir, çalışdığımız vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edir, buna qarşı çıxanlara qarşı isə mübarizəmizi davam etdiririk.

Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı.

Cənab Prezidentin atdığı bütün addımlarda olduğu kimi bu mübarizədə də dövlət başçısının yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolona” və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir.

Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!

Adil Əliyev
Millət vəkili


Xəbər 2212 dəfə oxunub.



23.02.2025  20:31 

Şahbaz Şərif Azərbaycanda - Foto

23.02.2025  19:55 

Ərdoğan yenidən sədr seçildi

23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +