Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi


30.11.2022  11:13 

“Naxçıvanın mərkəzə tabe olmayaraq müstəqil olması ciddi problemdir“





A+  A-

"İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi nizam köklü surətdə dəyişib. Müharibədən əvvəlki status-kvonun saxlanılması əleyhimizə işləyə bilər. Qarabağ məsələsi həll edildikdən sonra Azərbaycanın idarəçiliyik institutunda islahatlar, xüsusilə Naxçıvanın muxtar statusunun ləğvi və Güney Azərbaycan məsələsi gündəmə gələcəkdi".

Bu barədə açıqlamanı XəzərNews.az-a siyasi şərhçi Məhəmməd Əsədullazdə verib.

M.Əsədullazdə bildirib ki, artıq bu istiqamətdə proseslər başlayıb və Naxçıvanin güc nazirliklərinin ləğvi və Bakıya birləşdirilməsi növbəti mərhələdə statusunun ləğvi Azərbaycanın təhlükəsizliyini və suverenliyini gücləndirəcək:

"Azərbaycan Konstitusiyasında Naxçıvan Muxtar Respublika olaraq siyasi və təhlükəsizlik məsələləri ilə məşğul olmamalı, yalnız iqtisadi, təhsil və humanitar məsələlər üzrə səlahiyyətlərə malikdir. Muxtar respublikada struktur dəyişiklikləri əhalinin rifahının yüksəldilməsinə və ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə töhfə verəcək".

Siyasi şərhçi qeyd edib ki, tarixi zərurət aradan qalxdığı üçün Naxçıvanin statusu ləğv edilərək, prezidentin xüsusi nümayəndəliyi təsis edilə bilər:

"Rusiyadan kənarda və uzaq məsafədə yerləşən Kalininqrad vilayətinin statusu yoxdur. Bu, onun təhlükəsizliyini təhdid etmir. Belə olan təqdirdə qalib olan Azərbaycan daxilində muxtar ölkəyə ehtiyac yoxdur.

Naxçıvanın muxtariyyətinin ləğv edilməsi, birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir. Həmçinin Güney Azərbaycan məsələsinin də prezident tərəfindən qaldırılmasi bunun məntiqi nəticəsidir.

Biz Xankəndində öz suverenliyimizi bərpa etmek istiqamətində addımlar atdığımız məqamda Naxçıvanın mərkəzə tabe olmayaraq müstəqil olması ciddi problemdir. Ona görə də prezident İlham Əliyevin bu istiqamətdə siyasətini dəstəkləyirik. Bu məsələlər "niyə iki il bundan əvvəl edilmirdi, indi yada düşdü kimi"-ifadələr yersizdir. Çünk, bu kimi məsələlər təhlükəsizlik və suverenlik məsələsidi. Zamanı gəldikcə, həll edilməsi labüd olur".

Hacı
XəzərNews.az



Xəbər 704 dəfə oxunub.



22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +