Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı
Ukrayna-Rusiya cəbhəsində 98 toqquşma qeydə alınıb


26.10.2023  16:34 

Baxarsınız xanım psixoloq digər telekanallardan da camaata “ağıl” verəcək..-Qalib İbrahimoğlu





A+  A-

Bəzən efirə çıxan, yaxud Bakıvaxtı.az da daxil olmaqla saytlara açıqlama verən ekspertlərin nə yeyib, nə içdiyi adama maraqlı gəlir. Elə bugünlərdə ARB-də yayımlanan hansısa verilişdə qonaq olan bir xanım psixoloq kimi.

Adını, soyadını bilmədiyim (vallah, heç maraqlı da deyil) psixoloq bir günün içində yaxşı reklam olundu. Heç ən güclü reklam şirkəti belə onu bu qədər tanıtdıra bilməzdi, xanım özü etdi.

Boşanmaların səbəblərindən danışan psixoloq deyib ki, bəs əgər xanımının 3 minlik telefon kimi emosional bir ehtiyacı varsa, həyat yoldaşı onu almalıdır. Əgər almırsa, qadının imtina etmək kimi haqqı var: “Mənə 3 min manatlıq telefonu almırsa, boşanmaya getməliyəm, mən bunun tərəfdarıyam".

Vəssalam. Bu, bir psixoloqun Azərbaycanın efir məkanından tamaşaçılara verdiyi mesajdır.

Özünə psixoloq deyən bəndə açıq-aşkar boşanmanı təbliğ edir. Özü də nəyin üstündə - 3 minlik telefona görə. Niyə axı? Nəyə görə ailələr telefondan ötrü dağılmalıdır? Bəyəm xanım ərə gedəndə həyat yoldaşının maddi durumunun necə olduğunu bilmirdi? Ərə gedənə qədər “səninlə acı soğan da bal dadar”, “yavan çörəyimiz olsun, sən yanımda ol” deyib, ərə gedəndən sonra 3 minlik telefon istəmək nə deməkdir?

Bəyəm xanım ailə qurduğu şəxsin hansı durumda olduğunu əvvəlcədən bilmirdi? Yoxsa, ərə gedəndən sonra həyat yoldaşı xəzinə tapacaq? Belə olan halda, 3 minlik telefon davası döyüb, boşanmayacan getməyin adı nədir?

Təsəvvür edin, məhkəmədə hakim xanımdan boşanmasının səbəbini soruşur.

- 3 minlik telefon kimi emosional ehtiyacımı ödəyə bilmədiyi üçün boşanıram.

Və error…

Ağlı başında olan xanımlar, təbii ki, bu psixoloqun dediklərini ciddiya almaz. Amma insan psixologiyası fərqlidir. Beşi ciddi qəbul etməsə də, əmin olun ki, biri onun dediyini ailəsində təcrübədən keçirəcək. Demək, bu psixoloq bir ailənin dağımasında “müstəsna rol” oynayacaq.

Baxarsınız, bir neçə gündən sonra həmin xanım psixoloq digər telekanallardan da camaata “ağıl” verəcək…


Xəbər 1462 dəfə oxunub.




26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU

26.02.2025  12:22 

Əli Əsədov qərar İMZALADI

26.02.2025  11:57 

Makron Trampa təzyiq göstərib?

26.02.2025  11:30 

Hərbi təyyarə qəzaya UĞRADI


BÜTÜN XƏBƏRLƏR +