Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


31.10.2018  15:28 

Havaya tüstü buraxan zavod cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı- Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub.
XəzərNews.az xəbər verir ki, nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən Kərpic İstehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb.

Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticələrinə görə qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Xəbər 1425 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +