Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


03.10.2022  12:15 

“Avropada ən çox arzuolunan şəxs İlham Əliyevdir” - Video





A+  A-

Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminə qatılan Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı çıxışlar diqqət çəkib.

Tədbirdə iştirak edən Avropa dövlətlərinin başçıları açılışda İlham Əliyevi ali qonaq kimi dəyərləndirib və Avropada yüksək nüfuza malik olduğunu deyiblər.

Tədbirdə çıxış edən qonaqlar Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqlinə dair layihəyə görə minnətdar olduqlarını ifadə ediblər. Həmin çıxışlardan bir neçəsini təqdim edirik:



Avropa Komisiyasının sədri Ursola Fonderlyaen: “Birinci addım Rusiya qazına alternativ mənbələrin axtarılması oldu. Prezident Əliyevi bu il iyulda ziyarət etdim. Çətin anlarda ABŞ, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi”.

Serbiya Prezidenti Aleksandr Vuçiç: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski: “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.

Bolqarıstan Prezidenti Rumen Radev: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”./“Qafqazinfo”

Xəbər 6083 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +