Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


19.09.2022  17:42 

“Bu görüşdə ciddi nəticələr gözlənilmir“ - Politoloq





A+  A-

"Rusiya Ermənistan əlaqələrinin bundan sonra inkişaf etməsi mümkün deyil. Rusiya Ermənistana qaz və silah təchizatında ciddi problemlər yaradacaq. Ermənistanda anti-Rusiya siyasəti və bu ölkənin Moskvanın orbitindən uzaqlaşması daxili siyasi böhrana gətirməsi mümkündür".

Bu barədə açıqlamanı XəzərNews.az-a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə verib.

M.Əsədullazadə qeyd edib ki, Ermənistan Gürcüstandan fərqli olaraq bu ölkədə Rusiya güclü şəkildə dayaqlara malikdir:

"N.Paşinyanın Moskvadan uzaqlaşması və Vaşinqtonla əlaqələri inkişaf etdirməsi geopolitik qarşıdurma fonunda Yerevanın Azərbaycanla sülh müqaviləsinin bağlanmasını ləngidəcək. ABŞ dövlət katibi Ermənistan və Azərbaycan arasında vasitəçilik etmek üçün prezident İlham Əliyevə zəng etdi. E.Blinkenin zəngi Ermənistanla mümkün atəşkəsi qoruyub saxlamaq və təmasları artırmaqdır. Artıq E.Blinkenin vasitəçiliyi ilə ABŞ-da üçtərəfli görüş keçiriləcək. Bu görüşdə ciddi nəticələr gözlənilmir. İlk növbədə Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir".

Politoloq əlavə edib ki, bu görüşdə Ermənistan Azərbaycandan "öz ərazisindən" çıxmağı tələb edəcək:

"Halbuki Azərbaycan demarkasiya olunmamış ərazilərdə öz postlarını qurub. Ümumiyyətlə, ABŞ-ın bu vasitəçiliyini Rusiyanı proseslərdən uzaqlasdırmaqdır. Amma, bu, mümkün deyil".


Xəbər 5197 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +