Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


03.09.2022  13:48 

Mərkəzdə döyülən uşağın anası açıqlama verdi - Fotolar





A+  A-

Uşaqlara işgəncə verən “Mehnur” Reabilitasiya Yaşam Mərkəzi bu gün fəaliyyətini dayandırıb.

XəzərNews.az xəbər verir ki, “Yeni Sabah”ın mərkəzdə olan əməkdaşının verdiyi xəbərə görə, bu gün körpələr mərkəzə qəbul olunmayıb. Buna səbəb mərkəz əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaya cəlb olunmasıdır. Ehtimal olunur ki, işgəncə faktları yayılandan sonra mərkəzin fəaliyyəti ümumiyyətlə dayandırılacaq.

Hazırda uşaqları mərkəzdə müalicə üçün yerləşdirilən valideynlər “Mehnur” Reabilitasiya Yaşam Mərkəzinin qarşısına toplanıb.

Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun anası Qasımova Səbinə “Yeni Sabah”a açıqlamasında bildirib ki, övladının eşitmə əngəli var: “İki aydır uşağı müalicə üçün bu mərkəzə qoymuşduq. Əvvəl kamera ilə izləyə bilirdik, amma sonradan dedilər ki, kameralar xarab olub. Uşağın döyüldüyü yer dəhlizdir. Uşağın üzündə xəsarətlər də var”.

Maraqlıdır ki, mərkəzin əməkdaşları jurnalistlərin əraziyə toplanmasına qarşı aqressiv münasibət göstərib, onları uzaqlaşdırmağa cəhd göstəriblər.



Xəbər 4510 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +