Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


30.07.2022  15:33 

Qısası, mövcud durum heç də xoşagələn deyil...





A+  A-

Jurnalistikanın missiyası məlumatlandırmaqdır. Bir vaxtlar maarifləndirmək də deyirdilər, amma artıq kimsə maariflənmək istəmir. Heç məsləhət də istəyən yoxdur. Bu səbəbdən də indi məlumat verməklə kifayətlənməliyik.

Lakin deyəsən, Dövlət Baba bir az fərqli mövqedədir. Deyir ki, məlumatlandır, bilgiləndir, amma dövlətin dediyi kimi. Əslində, elə indi hamı dövlətin dediyi kimi işləyir. Nə olar? Öz dövlətimizdir də…

Məsələ odur ki, biz bizdən nə istənildiyini bilmirik, ya da bizə yaxşı anlatmırlar. Şəxsən mən mənə barmaq silkələyən kimsəni sevmərəm, hətta Dövlət Babam olsa belə. Çünki barmaq silkələnəcək hərəkət edən deyiləm, etmərəm də. Bu səs-küy də məncə elə bu səbəbdəndir. Barmağı heç kim sevmir. Bəlkə daha uyğun, daha yumşaq, daha səmimi yol tapaq.

Bu ölkədə əli qələm, dili söz tutanların deyərdim hamısı bu dövləti, bu milləti, bu vətəni çox sevir. Sevməyən yoxdurmu, əlbəttə olmamış deyil.

Amma yenə nəsə bir orta yol tapmaq lazımdır. Qurunun oduna yaşı yandırmaq, həqiqi sevənin, ədalətin, haqqın yanında olanları gözümçıxdıya salmaq da bir iş deyil.

Bir dəfə Dövlət ərkanından biri mənə dövlətçilik dərsi keçməyə cəhd elədi. Oturduğu kürsünün verdiyi gücə arxalanaraq üstümə gəlirdi. Dedim, içi sən qarışıq bu binada dövlətini, millətini məndən çox sevən olmaz. Kimi nədə ittiham etdiyinizə diqqət et.

Mən bu millət, bu dövlət, bu vətən uğruna can vermişəm, o canın, qanın hesabına dik duran dövlət hər kəsdən çox mənimdir.

Mənim olanı məndən çoxmu sevəcəksiz?

Biz bəziləri kimi dövlətin gücündən güc almırıq, gücümüzün mənbəyi sevgimizin dərinliyindədir.

Qısası, mövcud durum heç də xoşagələn deyil. Ağzımızı güdənlər də bilsinlər ki, bizim narazılığımız, sitəmimiz sevgimizdəndir. Biz Dövlət Babamıza sitəm edərik, amma əsla asi düşmərik.

P.S. Bəlkə də bizim bilmədiyimiz məsələlər var, bəlkə də ən doğru yol elə budur. Amma bəlkə…

Zaur Əhməd

Xəbər 1603 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +