Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


27.07.2022  12:16 

Jurnalist Əfqan Muxtarlı ilə bağlı iddia - İvanişvilinin əmri ilə...





A+  A-

“Azərbaycanlı jurnalist Əfqan Muxtarlı hakim Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”.

XəzərNews.az Meydan TV-yə istinadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili bildirib.

İyulun ortalarında dövlət sirrini yaymaq itiihamı ilə həbs olunan Qoqaşvili iyulun 26-da Rusitavi həbsxanasından məktub yazıb. Həmin məktubda beş il əvvəl Tbilisidə oğurlanan jurnalist Əfqan Muxtarlı barədə də yazılır.

Qoqaşvili bildirir ki, bu iş üzrə bütün sübutları DTX-nin Əməliyyat-Texniki Departamenti məhv edib.

Müvəqqəti yaşayış icazəsi ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib.

Gürcüstan DTX-nin sabiq rəis müavininin dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Jurnalist Azərbaycanda Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edilirdi.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmin ittihamlarla o, 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.
2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər. Həmin vaxt açıqlamalarında Əfqan Muxtarlı bildirmişdi ki, hakimiyyət, sadəcə, onun qətimkan tədbirini dəyişib - həbsxananı ölkədən sürgünlə əvəzləyib.

Xəbər 1897 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +