Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


31.08.2021  17:16 

Flora Kərimovadan ETİRAZ: “Papağınızı qoyun qabağınıza düşünün”





A+  A-

“Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil”.
XəzərNews.az bildirir ki, bunu Xalq artisti Flora Kərimova Olimpiya oyunları iştirakçılarımız haqqında sosial şəbəkələrdəki müzakirələrdən danışarkən deyib:

"Birinci növbədə bütün Olimpiya İştirakçılarımızı təbrik edirəm. Duruşları ilə, yürüyüşləri ilə Azərbaycan adını andıran hər kəsə vətəndaş olaraq təzim edirəm.
Medal alanlarımızı ayaqüstə alqışlayıram! Həmişə demişəm ki, igid odur, atdan düşə, atlana. Oyunçularımız (məni bağışlasınlar adlarını sadalamıram) nə olsun ki bu dəfə qızıl medal qazanmadılar? Dünya ikincisi və ya üçüncüsü olub. Ya da heç bir qələbəsi yoxdur. Əsas Azərbaycan bayrağı altında sənin millətini təmsil edib. Dərk edə bilirsiz bu nə deməkdir? Rafael Ağayevin medallarının sayı hesabı yoxdur. Bundan sonra bir qələbəsi olmasa belə, dünya idman tarixində adı qızıl hərflərlə yazılıb. Nə zaman sizin ağzınızın əyrisi düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq? ”.

Xalq artisti sosial şəbəkələrdə idmançıları tənqid edənlərə də səslənib:

“Sizin ağzınızın əyrisi nə vaxt düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq? Söz demək xatirinə “söz” deməkdirsə, düşündüyünüzü sosial şəbəkələrdə yazmadan öncə, papağınızı qoyun qabağınıza düşünün. Siz bu Vətən bayrağını qaldırmağa layiq şəxsiyyət olacaqsınızsa, bax o zaman millətin sərvəti sayılan şəxslərə söz deməyə mənəvi haqqınız çatacaq”.

Xəbər 3356 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +