Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


14.01.2021  16:24 

Magistraturaya qəbulda abituriyentlərə iki dəfə şans veriləcək





A+  A-

“Magistraturaya qəbul imtahanlarının fevralda keçirilməsi üçün yanvar ayının 30-dək sənəd qəbulunu başlamalıyıq. Bu, yanvarın 18-dən sonra ölkədə elan olunan qərardan asılıdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərləri ilə keçirdiyi onlayn görüş zamanı bildirib. O qeyd edib ki, bu il abituriyentlərə iki dəfə şans veriləcək:

“Çalışacağıq ki, bu il qəbul imtahanları zamanı abituriyentlərə iki dəfə şans verək. Mart ayında imkan olsa, iki mərhələli – həm yaz, həm də yay sessiyası təşkil olunacaq”.

M.Abbaszadə bildirib ki, yanvarın 18-nə qədər imtahan tarixləri barədə fikir söyləməyə ixtiyarı yoxdur.

“Yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür. Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.

Xəbər 2988 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +