Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


20.12.2017  09:16 

Sabiq MTN şefi ölkədən 1 milyard pul çıxarıb?





A+  A-

“MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq nazir Eldar Mahmudovun həbs ehtimalı artıb. Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, ötən həftə davamlı olaraq istintaqa dəvət olunan Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.

Məlumata görə, istintaqda Mahmudova ünvanlanan əsas suallar ölkədən çıxardığı pullarla bağlıdır. Onun oğlunun Böyük Britaniya Krallığının paytaxtı Londonda sahibləndiyi bahalı əmlaklar barədə olub. İstintaq Eldar Mahmudov ailəsinin sahib olduğu bu əmlakların cinayət yolu ilə əldə olunması qənaətindədir. Odur ki, sabiq nazirin həmin əmlakları qaytarması əsas mövzudur.

Qəzet yazır ki, E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib. Başqa bir mənbə isə Eldar Mahmudovun dekabrın 19-da da növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıldığını iddia edib. A.Çovdarovun vəkilinin açıqlamasından sonra “bəs Eldar Mahmudovu kim ələ verib” sualı açıq qalır. Əcəba, onun sirlərini əmisi oğlumu açıb?

Maraqlıdır ki, Eldar Mahmudov hələ də istintaqa vəkili olmadan gedir. Hüquqşünasların rəyinə görə, bu, ona hələ rəsmi ittiham elan olunmadığını göstərir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Eldar Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona hətta dövlət hesabına vəkil təyin oluna bilər.

Xəbər 2161 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +