Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


27.11.2017  10:23 

“Sahil” stansiyasının aqibəti necə olacaq? - AÇIQLAMA





A+  A-

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası ilə bağlı iki iddia səsləndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılmayacaq, digər versiyaya görə isə açıqlacaqsa belə, onun üzərində yerləşən bina söküləcək… Təmirin uzunmüddətli olması ağıllarda sual işarəsi yaradıb.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb.

O, metronun “Sahil” stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib.

Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını deyib:

“Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı “LT-3” tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli dörd eskalatoru quraşdırılacaq”.

Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

Xəbər 1905 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +