Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


06.11.2017  09:34 

Elmira Axundovanın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış





A+  A-

Ötən həftə FHN criminal.az saytının rəsmi sorğusunu cavablandırarkən 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində dənizə düşərək həlak olan model Günel Mirzəyevanın olduğu yaxtada millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da olduğunu təsdiq edib. Sorğuya cavabda yaxtanın H. Axundova məxsus olduğu da bildirilib.
Bunun ardınca açıqlama verən E. Axundova deyilənlərin yalan olduğunu bildirib.

XəzərNews.az xəbər verir ki, Criminal.az saytı mərhum Günel Mirzəyeva ilə Həbib Axundovun əlaqəsinin olmasını təsdiqləyən digər bir faktı da aşkar edib. Sayt yazır ki, G.Mirzəyevanın müəmmalı ölümünə qədər idarə etdiyi “Jeep Wrangler” markalı, Az 90 LL 333 nömrə nişanlı avtomobil də Həbib Axundovun olub.

Baş Dövlət Yol Polis İdarəsindən əldə edilən məlumata görə, Həbib Axundov qara rəngli “Jeep Wrangler”markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka yolu ilə alıb. Həmin vaxt avtomobilə Az 90 RR 111 nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki Az 90 GS 111 nömrə nişanı həmin ilin dekabrında Az 90 LL 333 nömrəsinə dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər idarə etdiyi “Jeep Wrangler”markalı, Az 90 LL 333 nömrə nişanı avtomobilin üzərində olub.

Sayt yazır ki, Sabunçu Rayon Prokurorluğunda G.Mirzəyevanın ölüm faktı ilə bağlı başlanmış cinayət işinin hazırda hansı mərhələdə olması bilinmir.

Xəbər 1789 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +