Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


26.09.2017  10:42 

Bilasuvarın icra başçısı tibb işçilərini belə istismar edib... – 22 nəfərdən birinin vəziyyəti ağırlaşdı





A+  A-

Sentyabrın 19-da Biləsuvarda avtobus qəzasına düşən tibb işçilərindən birinin vəziyyəti ağırlaşıb.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, o təcili olaraq Bakıya gətirilib Xəsarət alan digər 21 nəfərdən isə 15-i evə buraxılıb. 6 nəfər hazırda Biləsuvar Rayon Mərkəzi xəstəxanasında müalicə olunur.

Xatırladaq ki, 19 sentyabrda Biləsuvar rayon Nəsimi kənd ərazisində avtobusun kanala düşməsi nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Məlum olub ki, xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının və rayondakı poliklinikanın xadimələridır. Həmin vaxt məlumat yayıldı ki, tibb işçiləri məcburi surətdə rayon icra başçısı Mahir Quliyevin Aqropark adlanan ərazidəki pambıq sahəsində işləmək üçün aparılıbmış. Amma sonradan qəzaya düşənlərin xəstəxana işçiləri olması gizlədildi, onlar "fəhlə” kimi təqdim edildi.

Lakin bir gün sonra Modern.az-ın Səhiyyə Nazirliyinə ünvanlandığı sorğuda işin əsli müəyyən qədər ortaya çıxdı. Sorğusuna cavab olaraq bildirildi ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:

"Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, "nazirlikdə bu barədə məlumat yoxdur”, -deyə bildiriblər.

Xəbər 2040 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +