Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


14.09.2017  15:08 

Şeyxülislam danışdı - “Ehtiyacım yoxdur...”





A+  A-

“Mənim heç nəyə ehtiyacım yoxdur və heç kimlə nəyəsə ehtiyac görmürəm”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlanması ilə bağlı keçirilən toplantıda bildirib.

“Mənim yaxşı insanlara ehtiyacım var. Mən həmişə ulu öndər Heydər Əliyevin tövsiyələrini xatırlayıram. Biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq və həmişə də belə adamlara ehtiyacımız olub. Bu gün məni düşündürən budur. Başqa heç nəyə ehtiyacım yoxdur”.

Qeyd edək ki, mətbuatda Allahşükür Paşazadənin Çexiyada biznesinin olması haqda məlumatlar yayılıb. Lakin şeyxülislam jurnalistlərlə bugünkü görüşündə sözügedən məsələyə münasibət bildirməyib, sadəcə çıxışında atmaca ilə kifayətlənib.

Xatırladaq ki, yayılan xəbərdə bildirilir ki, Paşazadənin biznesini Marketa Şpişakova adlı çex qadın idarə edir: “O, Şeyxülislamın şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər".

Marketa Şpişakova


Xəbər 2187 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +