Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?





A+  A-

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. “LD”, “Winston”, və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 20 qəpik bahalaşıb. “Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

XəzərNews.az xəbər verir ki, bahalaşmanın səbəbləri barədə "Yeni Sabah"a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, tütün məhsullarının ilbəil bahalaşması bütün dünya ölkələrində müşahidə edilən tendensiyadır:

“Siqaret və alkoqolla bağlı artıq bütün dünya ölkələrində belə bir tələb var ki, qiymətlər bahalaşacaq. Yəni aksizlərinin bahalaşması, istehsalın məhdudlaşdırılması, reklam edilə bilməməsi kimi addımlar qiymət artımını yaradır. İnsan orqanizminə ziyan olduğu üçün bu növ, məhsulların anti-reklamı gedir. Mərhələli şəkildə bu biznesin üzərinə hücum var. Siqaret istifadəçisi nəzərə almalıdır ki, qiymətlər mərhələli şəkildə mütəmadi qalxacaq”.

Ekspert qeyd edib ki, “qara bazar”dan dövriyyəyə daxil olan məhsullar olduqca təhlükəlidir:

“Doğrudur, adətən, qiymətlər qalxdıqda, yaxud hansısa məhsulun satışına qadağa qoyulan zaman “qara bazar” formalaşır. Bu çox sahələrdə belədir. Spirtli içkilərin “qara bazar”ı isə olduqca təhlükəli bir məsələdir.

Bu hallarda insan orqanizminə 2-3 qat daha ziyanlı məhsullar dövriyyəyə buraxıla bilər. Çünki sənaye üsulu ilə hazırlanmayan spirtli içkilər insan orqanizmi üçün təhlükəlidir”.

Qeyd edək ki, “LD”, “Winston”, və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb. “Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

Xəbər 962 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +