Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi


20.02.2025  12:09 

İşləyən şəxslərin pensiyaları necə artırılacaq?





A+  A-

2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Bu aydan isə ən aşağı pensiya 320 manatdır.

Bəs, işləyən vətəndaşlarımızın pensiyaları necə artırılacaq?

Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 8.1 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur.

Keys üzərindən baxaq: Vətəndaşımıza 2019-ci ilin fevralın 1-də yaşa görə ümumi əsaslarla 700 manat əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. Onun pensiya məbləği 2025-cü ilin fevralın 1-də tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilir. Fevral ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 700 manat + 56.7 manat (700 manat X 8.1%) + 350 manat = 1106.7 manat.

Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər.

Vüqar Bayramov
Millət vəkili


Xəbər 290 dəfə oxunub.




22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +