Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı
Ukrayna-Rusiya cəbhəsində 98 toqquşma qeydə alınıb


26.02.2025  11:29 

Misir Mərdanov Artur Rəsizadədən yazdı...





A+  A-

Çox rəngarəng və zəngin hadisələrlə dolu həyatımda unuda bilmədiyim insanlar kifayət qədərdir. Bu siyahıda təmkininə, zəkasına, müdrikliyinə, alicənablığına görə yaddaşımda dərin iz buraxmış və ən ön sıralarda yer tutan bir şəxsiyyət var- Artur Rəsizadə! Etel Lilian Voyniçin məşhur “Ovod” əsərinin qəhrəmanının adını daşıyan bu insan elə Voyniçin Arturu kimi çox keşməkeşli həyat yaşamışdır.

1935-ci il fevralın 26-da Gəncədə dünyaya gələn, Böyük Hüseyn Cavidin qardaşı nəvəsi, şair Tahir Rəsizadənin oğlu, Lənkəranda orta məktəbi bitirən, əslən Naxçıvanlı olan bu insan öz həyatı ilə Azərbaycanın bütövlüyünün rəmzi olmuşdur, hər kəsə yalnız şəxsi keyfiyyətlərinə, işgüzarlıq xüsusiyyətlərinə, vətənpərvərliyinə, məsuliyyətinə görə dəyər vermişdir.

22 il Baş nazir kimi ən yüksək səviyyələrdə Azərbaycanı və xalqımızı dünyaya ləyaqətlə təqdim və təmsil edən Artur müəllim həm də əsl köhnə kişilərə xas nəcib keyfiyyətləri özündə yaşadan bir insandır. 15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratiya yox idi. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir.

Gözü-könlü tox, Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rəsizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarlarından fərqli olaraq ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim.

Artur Rəsizadə bütün digər məziyyətləri ilə yanaşı həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır. Doğrudur, bəzi adamlardan fərqli olaraq, “hamı onun əzizi deyil”, hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ətrafında şirin söhbətlər edir. Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı dünya ədəbiyyatının klassikləri- Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq.

Belə insandır, hələ 36 yaşında -1971-ci ildə SSRİ Dövlət mükafatı kimi o dövrün ən yüksək fəxri adının, müstəqil Azərbaycanın “Heydər Əliyev”, “İstiqlal”, “Şərəf”, “Şöhrət”, “Xalqlar dostluğu”, "Vətənə xidmətə görə" birinci dərəcəli ordenlərin laureatı olan, 22 il Baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olmayan, sadə və təvazökar həyat yaşayan Artur Rəsizadə! Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, “adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!” ritorik sualını düşünərək başını aşağı salmış bir abidə...

Bu gün onun 90 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rəsizadəni bu yubileyi münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə cansağlığı və yeni yubileylər arzulayıram.

Misir Mərdanov
Sabiq təhsil naziri


Xəbər 206 dəfə oxunub.




26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU

26.02.2025  12:22 

Əli Əsədov qərar İMZALADI

26.02.2025  11:57 

Makron Trampa təzyiq göstərib?


BÜTÜN XƏBƏRLƏR +