“Cəzalandırılmasını tələb edirəm” - Qəzada ölən qızın atası
17 minlik dələduzluq: Xəstəxana işçisi həbs edildi
Tanınmış həkim vəfat etdi
Xalq artisti xəstəxanaya yerləşdirildi
Balasanyanın Bakıya ünvanladığı məktubda nə yazılıb?
Küləklə bağlı sarı XƏBƏRDARLIQ
İmişlidə saxlanılanlar vəkillə təmin OLUNDU
“5 kişi üstümə cumub telefonu əlimdən aldılar“
Yeni elektrik avtobuslarının problemi NƏDİR? - VİDEO
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları SATILIR?


06.07.2018  10:04 

“Elmara güllə atan “ermənidir”” - İcra başçısının qardaşı





A+  A-

“Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev deyib. Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.

Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.

“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi”sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.

Xəbər 2274 dəfə oxunub.




19.01.2025  19:51 

Tanınmış həkim vəfat etdi

19.01.2025  09:46 

Bu ölkədə “TikTok” BAĞLANDI

18.01.2025  22:15 

Abdolbari Gozal VƏFAT ETDİ

18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi


BÜTÜN XƏBƏRLƏR +