QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi
Azərbaycanda meymunçiçəyi AŞKARLANDI
Hökumə Əliyevanın adına köçürülən 80 min OĞURLANDI
Sevil xəstəxanaya YERLƏŞDİRİLDİ
İmişlidə dəhşətli qətl: Həmkəndlisini öldürdü
Sürücülərin nəzərinə!
30 yaşlı kişi fermada özünü ASDI
“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI


04.10.2018  09:28 

Azərbaycanda psixi xəstəliklər artıb





A+  A-

“Azərbaycanda əhali arasında daha çox sərhədyani psixi xəstəliklər – affektiv pozuntular, əhval-ruhiyyə pozuntuları, xüsusilə depressiya kimi psixi xəstəliklər müşahidə edilir”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib. Onun sözlərinə görə, ölkədə depressiya və depressiv spekterli xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Bununla yanaşı, stres, gərginlikdən yaranan xəstəliklər olan təşviş, həyəcan pozuntuları-nevrozlardan da əziyyət çəkənlərin sayı artır. Kəskin psixozlar, məsələn şizofreniya xəstəliyində isə çox böyük artım müşahidə edilmir. Bu xəstəliklə il ərzində xəstələnmə göstəricisi təxminən 1 faiz civarında olur.

G.Gəraybəyli qeyd edib ki, depressiyalar, affektiv pozuntular daha çox qadınlar arasında müşahidə edilir. Nevrotik pozuntular – təşviş, həyəcan pozuntularına isə daha çox kişilər arasında rast gəlinir. Mütəxəssis psixi xəstəliklərin daha çox cavan və orta yaşlı insanlar arasında müşahidə edildiyini də söyləyib.

Professor qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayının artması isə psixiatriya yardımı üzrə tibbi xidmətin səviyyəsinin yüksəlməsi ilə izah oluna bilər: "Son illər psixiatriyada aparılan islahatlar məhz ona yönəlib ki, regionlarda psixi kabinetlər yaransın. Bunların ilk məqsədləri ilkin diaqnostikanın qoyulması, xəstələri tez aşkar etmək və diaqnoz qoymaqdır. Psixi xəstələrin sayının artması məhz ilkin yardım xidmətinin yaxşılaşdırılması ilə bağlıdır".


G.Gəraybəyli ölkədəki psixi xəstələrin dəqiq sayının müəyyənləşdirilməsini də mümkünsüz sayıb: "Biz psixi xəstələrin sayı ilə bağlı real rəqəmi heç vaxt öyrənə bilməyəcəyik və müəyyən edə bilməyəcəyik ki, bu il psixi xəstələrin sayı nə qədərdir, onların sayı nə qədər artıb. Çünki psixi xəstəliklərin təzahürləri müxtəlifdir və psixi xəstəliyə tutulan insan heç vaxt dərhal psixiatriya xəstəxanasına, həkimə müraciət etmir. Həkimə müraciət etdikdə də onu ya cürbəcür üsullarla müalicə edirlər, ya da davranışı pozulmuş, özünə qapalı şəxsi heç xəstə kimi qəbul etmirlər".

Rektor depressiyaya düşdüyünü deyən bəzi şəxslərin apteklərdən reseptsiz aldıqları antidepressant dərmanlarla özbaşına müalicəsinə də münasibət bildirib: "Nəzərə alınmalıdır ki, depressiya bir xəstəlikdir. Ümumiyyətlə, hər hansı bir xəstəliyin müalicəsinin həkim məsləhəti olmadan kortəbii şəkildə aparılmasının, qonşunun, yaxud kiminsə məsləhəti ilə dərman alıb içməyin tam əleyhinəyəm. Söhbət xüsusilə daha ciddi dərmanlardan gedir. Dərman hətta xəstəliyin əlamətini də dəyişə bilər və bu vəziyyətdə həkimə gedən pasiyent həkimi diaqnozun qoyulmasında çaşdıra bilər. Ona görə də hesab edirəm ki, həkim məsləhəti olmadan hansısa dərmanı qəbul etmək düzgün deyil".

Xəbər 1710 dəfə oxunub.



18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +